Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü İndoneziyada qeyd edilmişdir
Bakı, 9 may (AZƏRTAC). Mayın 9-da Cakartadakı “Alila” otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir və “Azerbaijan Album” kitabının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın İndoneziya və eyni zamanda Filippindəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir İ.Hacıyev ulu öndər Heydər Əliyevin müasir dövlətimizin qurulması və inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. O, ümummilli liderin daxili və xarici siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin ölkəmizi regionun aparıcı dövlətinə çevirdiyini, respublikamızın dünyada nüfuzunu artırdığını, beynəlxalq layihələrin həyata keçirilməsində Azərbaycanın mövqeyini möhkəmləndirdiyini qeyd etmişdir.
Səfir Ermənistanın ölkəmizə hərbi təcavüzünə toxunaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və 7 ətraf rayonun erməni işğalı altında olduğunu, nəticədə 1 milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin düşərək qaçqın və köçkün həyatı yaşadığını vurğulamış, Prezident İlham Əliyevin məqsədyönlü syasəti nəticəsində torpaqlarımızın tezliklə işğaldan azad olunmasına inam ifadə etmiş, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirmişdir.
Görüşdə ANTARA dövlət agentliyinin və digər KİV-lərin nümayəndələri iştirak etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]