Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü Serbiyada qeyd edilib
Belqrad, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar ölkəmizin Serbiyadakı səfirliyi tərəfindən tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Belqraddakı “Taşmaydan” parkına gedərək Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Tədbirdə çıxış edən səfir Eldar Həsənov ulu öndər Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunmasında, möhkəmlənməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətləri barədə danışıb, onun siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar, həmçinin Serbiyanın “Balkanin” xəbər portalında “Heydər Əliyev - Azərbaycanın inkişaf simvolu” adlı məqalə dərc edilib. Məqalədə Ulu Öndərin həyat və fəaliyyətindən, Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, uzaqgörən siyasətindən bəhs edilib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad