ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN SİYASİ HAKİMİYYƏTƏ GƏLMƏSİNİN 39-CU İLDÖNÜMÜ BƏRDƏDƏ QEYD OLUNMUŞDUR
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsinin önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla anmışlar.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayev ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründəki titanik fəaliyyətindən, xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ulu öndər 1969-cu ildə siyasi hakimiyyətə gəldikdən sonra respublikada çoxlu sayda istehsalat müəssisələri açılmış, sosial obyektlər, o cümlədən yaşayış binaları, xəstəxanalar, mədəniyyət ocaqları, məktəblər, uşaq bağçaları və s. inşa olunmuşdur. Həmin dövrdə sənaye inkişaf etdirilmiş, kənd təsərrüfatının yüksəlişi istiqamətində məqsədyönlü işlər görülmüşdür.
Tədbirdə bildirilmişdir ki, Heydər Əliyev hakimiyyətdə olduğu illərdə 14 dəfə Bərdəyə səfər etmiş, əmək adamları, sadə bərdəlilərlə unudulmaz görüşlər keçirmişdir. Onun Bərdəyə hər gəlişi rayon tarixinin şanlı səhifəsinə çevrilmişdir.
Tədbirdə Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin hazırladığı konsert proqramı nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]