Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərlə böyük bəstəkarın tarixi dostluğu

Yazı Heydər Əliyevin 100, Arif Məlikovun 90 illiyinə həsr olunub

Bakı, 12 dekabr, AZƏRTAC

Arif Məlikov deyib: “Mən Əliyev soyadına böyük hörmətlə yanaşıram və hiss edirəm ki, bu qarşılıqlıdır. Hətta ona Səkkizinci simfoniyamı həsr etmişəm”.

Bəs bu hadisə necə baş verib? Səkkizinci simfoniyanın yaranış tarixi tamam fərqlidir...

Bu barədə sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimovanın “Ulu Öndərlə böyük bəstəkarın tarixi dostluğu” sərlövhəli yazısında geniş bəhs olunur. AZƏRTAC həmin yazını təqdim edir.

Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Onları bir-biri ilə dərin hörmət və dostluq birləşdirirdi. Bir gün Heydər Əliyev bəstəkara onunla böyük səyahətə - Məkkə ziyarətinə getməyi təklif edir və onlar bir yerdə müqəddəs Həcc ziyarətində olurlar. Ziyarət maraqlı və yaddaqalan olur. Müqəddəs ünvanları gəzib dualar etdikdən sonra Ulu Öndər Arif Məlikova bu məkanlardan ilhamlanaraq böyük və gözəl bir simfonik əsər yazmağı təklif edir. Bu, bəstəkara çox xoş təsir bağışlayır və vətənə qayıdarkən simfonik əsər üzərində işə başlayır. Beləliklə, bəstəkarın Səkkizinci “Əbədiyyat” adlandırdığı simfoniyası yaranır. Lakin bu haqda bir qədər sonra...

Azərbaycanın mədəni-siyasi həyatında iki görkəmli şəxsiyyətin - Heydər Əliyev və Arif Məlikovun böyük rolu olmuşdur. Heydər Əliyev tarixdə böyük və mühüm iz qoymuş lideridir, Arif Məlikov isə müasir musiqi sənətinin ən parlaq bəstəkarlarından biridir. Bu iki şəxsiyyətin xarakter və həyata baxışlarında çoxlu ortaq cəhətlər var və bu amillər onları birləşdirib. Ümumiyyətlə, Azərbaycan incəsənətinin çiçəklənməsində Heydər Əliyevin böyük rolu olub. Bu təsir Arif Məlikovdan da yan keçmədi. Bəstəkar Heydər Əliyevin 80 illik yubileyinə səkkizinci simfoniyasını və ən gözəl rəsmlərindən birini hədiyyə etdi. Beləliklə, Ümummilli Liderin təsiri Arif Məlikovun yaradıcılığında həm bəstəkar, həm də rəssam kimi öz əksini tapdı.

Qeyd edək ki, simfonik musiqi Arif Məlikovun yaradıcılığında əhəmiyyətli yer tutur. Bu əsərlər bəstəkarın daxili dünyasının təcəssümüdür. Bu, həm Azərbaycan musiqisinin, həm də müasir simfonik əsərlərin parlaq səhifəsidir. Bəstəkar səkkiz simfoniya müəllifidir. Məşhur dirijor G.Rojdestvenski deyirdi: “Məlikovun simfoniyalarını ifa etmək mənə xoşdur. Mən bir tərəfdən premyera etməyi sevirəm, digər tərəfdən isə artıq ifa etdiyim əsərlərə yenidən qayıtmaqda xüsusi sevinc və zövq duyuram. Müasir musiqidə bu hallara gec-gec rast gəlinir. Adətən müasir əsər bir dəfə ifa olunur və unudulur. Lakin əsl istedadlı əsərlə belə bir hal ola bilməz.. Onun əsərlərinə dirijorluq etmək - əsl zövqdür”.

Üzümüzə gələn 2023-cü il təkcə Heydər Əliyev üçün deyil, Arif Məlikov üçün də yubiley ilidir. Onlardan birinin 100, digərinin isə 90 yaşı tamam olur. Ancaq 10 illik zaman fərqi onların güclü və uzunmüddətli dostluğuna təsir etmədi.

Arif Məlikovun bəstəkar kimi yaradıcı obrazının təşəkkülü və formalaşmasının mənşəyi çoxşaxəli və rəngarəngdir. Təbii ki, bunun ən mühüm səbəblərindən biri Azərbaycan bəstəkarlar məktəbinin banisi, böyük Üzeyir Hacıbəyli ilə əlaqədardır. Bundan başqa A.Məlikov öz yaradıcılığında həmişə öz müəllimi Qara Qarayevin estetik mövqelərinə əsaslanır və yazdığı əsərlərdə milli köklərə söykənirdi.

Onu da qeyd etmək lazımdır ki, A.Məlikov məhz Q.Qarayevin məsləhəti ilə sonralar ona dünyaşöhrəti qazandıran ilk baletinin - “Məhəbbət əfsanəsi”nin librettosuna müraciət etmişdir.

Arif Məlikova olan yaradıcı təsirlərdən danışarkən onu da xüsusi qeyd etmək lazımdır ki, bəstəkarın yaradıcılıq tərcümeyi-halında həqiqətən müstəsna rol oynamış, onun yaradıcı obrazının formalaşmasında görkəmli dirijor Niyazinin həqiqətən də böyük əməyi olmuşdur. Məhz maestro Niyazi Arif Məlikovu Ümummilli Lider Heydər Əliyevlə tanış etmişdi. Bu tanışlıqdan sonra onun istedad və sədaqətinə yaxından bələd olan Heydər Əliyev A.Məlikova həm bəstəkar, həm də şəxsiyyət kimi dərin hörmət və sevgi bəsləyirdi.

Niyazinin tələbkar münasibəti və eyni zamanda, dostluğu gənc istedadların doğma Azərbaycan incəsənətinə töhfə verməyə qadir olan əsl ustad kimi yetişməsinə kömək edirdi.

Bütün bunları Niyazi ilə çoxillik dostluq münasibətində olan, onun bir çox konsertlərində həyat yoldaşı Zərifə xanımla iştirak edən, onunla uzun müddət maraqlı, yaddaqalan söhbətlər aparan Heydər Əliyev yaxşı bilirdi.

Beləliklə, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Xalq artisti Arif Məlikovun dostluğundan danışarkən onların müqəddəs səfərlə bağlı xatirəsinə daha ətraflı nəzər salmaq istərdim. Mənimlə şəxsi müsahibəsində bəstəkar deyirdi: “Bir gün Heydər Əliyev onunla Səudiyyə Ərəbistanına getməyimi xahiş etdi. Təbii ki, mən orda olmamışdım, çünki adətən opera və simfonik orkestrin olduğu ölkələrə gedirəm. Səudiyyə Ərəbistanda bunların heç biri yoxdur, lakin ölkə müsəlman mədəniyyətinin və inancının mərkəzidir. Təbii ki, mən razılaşdım və Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Məkkəyə getdik. Əliyevin sayəsində Səudiyyə Ərəbistanının kralı bizə Kəbənin içini ziyarət etməyə icazə verdi. Mən diz çöküb namaz qıldım, Əliyev də yanımda namaz qıldı, ardınca birlikdə dualar etdik. Sonra isə mənim bu mənzərədən ilham almağımı və böyük bir simfonik əsər yazmağımı xahiş etdi. Bu təklif mənə böyük təsir bağışladı. Fikirləşdim ki, Quran, Məkkə, Məhəmməd Peyğəmbər (s.) hara, simfonik musiqi hara? Ulu Öndər bir qədər fərqli şəxsiyyət idi. Onun həyata baxış bucağı heç kimə bənzəmirdi. Sonradan Səkkizinci simfoniyamın üzərində işləməyimə təkan verən məhz onun hiss etmə qabiliyyəti oldu. Səfərdən qayıdandan sonra simfoniyanı bəstələdim. Əsəri dahi siyasətçi və dövlət xadiminin sağlığında yazmışdım, lakin təəssüf ki, simfoniyanı dinləmək ona nəsib olmadı. “Əbədiyyət” simfoniyası prezidentin vəfatından sonrakı il onun doğum günündə səsləndi”.

Simfoniyada yeni musiqi ilə yanaşı Arif Məlikovun vokal musiqisindən də istifadə olunub. Belə ki, “Əbədiyyat” simfoniyası şərti olaraq üç bölümdən ibarətdir. Əsər Nazim Hikmətin sözlərinə yazılmış altı romansla başlayır və Almas Yıldırımın sözlərinə yazılmış “Azərbaycan” balladası ilə bitir. Orta bölmədə isə yeni, lakin simfoniyanın ümumi dramaturgiyasına xələl gətirməyən musiqi materialı səslənir. Bəstəkar əsərdə xalq musiqisindən, xüsusilə Heydər Əliyevin çox sevdiyi “Sarı gəlin” Azərbaycan xalq mahnısının intonasiyalarından bəhrələnib.

Arif Məlikov əsl vətənpərvər insan idi. O, ötən əsrin 90-cı illərinin Qanlı Yanvar və Qarabağ hadisələrinin doğurduğu ağır hiss, yaşantı və duyğuları dərindən yaşamışdır. O, həbsxanalara baş çəkərək həmin hadisələrlə əlaqədar məhbuslardan orijinal materiallar toplayırdı. O, SSRİ Ali Sovetinin sessiyasında cəsarətlə çıxış edərək Sovet İttifaqının o vaxtkı rəhbəri M.Qorbaçova qarşı ciddi iddia və ittihamlar irəli sürdü. Bəstəkar özünün vətəndaşlıq borcu hesab etdiyi “Mən ittiham edirəm...” fundamental kitabında duyğu və təcrübələrini, Vətənə münasibətini aydın şəkildə ortaya qoymuşdur. 1994-cü il Bakıda “Gənclik” nəşriyyatında çap olunmuş həmin kitabda A.Məlikov qürurla deyirdi: “Hər bir insan ilk növbədə vətəndaş olmalıdır...Və Azərbaycan xalqı ilk dəfə olaraq çiyinlərini düzəltmək, səsini ucaltmaq, öz həqiqətini tapmaq istəyəndə onu cəzalandırmaq qərarına gəldilər. Lakin unutdular ki, insanlara atəş açmaq olar, amma onu diz çökdürmək olmaz”.

Ümumiyyətlə, Heydər Əliyev və Arif Məlikov şəxsiyyətlərini eyni mövqedən çıxış etmək, siyasi hadisələrə qətiyyətli münasibət bildirmək xüsusiyyəti birləşdirirdi. Xasiyyətlərindəki dözümlülük, vətənpərvərlik hissi onların dostluq münasibətlərini daha da möhkəmləndirdi. Lakin onların ruhunda yüksək ciddiyyət və yumor hissinin vəhdəti üst-üstə düşürdü. Bəstəkar xatırlayır: “Heydər Əliyev tez-tez mənim yanımda zarafat edirdi. Mən onun simasında təkcə böyük siyasətçi deyil, həm də istiqanlı və incə bir insan görürdüm”.

Dövlət mükafatı laureatı, akademik Arif Məlikov daim ölkənin ictimai həyatında fəal iştirak edirdi. O, radio və televiziyada çıxış edir, gənc müəlliflərin yaradıcılıq cəhdlərini dəstəkləyirdi. Ona görə də hər iki böyük və unudulmaz şəxsiyyət zəmanəmizin parlaq və əvəzsiz simaları kimi həmişə xalqımızın yaddaşında yaşayacaqdır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

Azərbaycan karateçiləri dünya çempionatında 5 medal qazanıblar

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

Almaniyada fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri yerli turnirdə uğurla çıxış ediblər

Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mehmet Emir Aksoy: Azərbaycan Qafqazın parlayan ulduzu və milli iradənin rəmzidir

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib