Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri

Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri

Türkiyənin dövlət başçısının Amerikaya səfərindən konkret nəticələr gözləyənlər az deyildi. İki ölkə arasında mövcud olan problemlər də çoxdur. Onların həll edilməsi hər iki ölkəyə faydalı olardı. Bununla yanaşı, Yaxın Şərqdə geosiyasi-hərbi vəziyyət qeyri-müəyyənliyini saxlamaqdadır. Türkiyənin Suriya ilə bağlı Amerika və Rusiya ilə razılaşdırdığı məqamların heç də hamısına əməl olunmadı. Belə bir mürəkkəb və ziddiyyətli şəraitdə Ankara diplomatik-siyasi fəallığını artırmalı idi. Bu kontekstdə Rəcəb Tayyib Ərdoğanın Amerikaya səfəri həm də strateji əhəmiyyət kəsb edirdi. Yayılan informasiyalara görə, tərəflər arasında hansı məsələlərin razılaşdırıldığı haqqında məlumatlar gizli saxlanılır. Bununla yanaşı, Donald Trampın Ərdoğana "mən sizin heyranınızam" deməsi daha çox müzakirə edilir. Bütün bunların fonunda səfərin geosiyasi aspektdə təhlilinə ciddi ehtiyacın olduğunu düşünürük.

Problemlər: terror, Suriya böhranı, S-400 sistemləri və F-35 qırıcıları...

Bir sıra ekspertlər Türkiyə Prezidentinin Birləşmiş Ştatlara səfərini dünyanın mühüm siyasi hadisəsi kimi təqdim edirdi. Müzakirələrin faktiki olaraq Yaxın Şərqin geosiyasi mənzərəsini müəyyən edəcəyini proqnozlaşdırırdılar. Buna səbəb hər iki tərəfin səfər ərəfəsi aktual hesab etdikləri məsələləri açıq deməsi ilə bağlı idi. Həmin məsələlər isə doğrudan da olduqca əhəmiyyətli məqamlarla bağlıdır.

Türkiyəni maraqlandıran başlıca mövzu terrorla mübarizə və FETÖ-nün ABŞ-dakı mövcudluğuna son qoyulması idi. Amerika və Rusiyanın verdikləri vədlərə baxmayaraq, YPG/PKK qruplaşması Suriyada yaradılması nəzərdə tutulan təhlükəsizlik zonasından kənara çıxarılmayıb. Terrorçular oradan Suriya Milli Ordusuna və Türkiyə əsgərlərinə hücumlar edirlər. Daha pisi isə odur ki, dinc insanlara qarşı terror törətməkdə davam edirlər. Bunun nəticəsində çox sayda vətəndaş həyatını itirib. Tel Abyadda, Rasulaynda və Qamışlıda törədilən terror aktları buna misaldır.

Bunlardan başqa, Türkiyə İŞİD-lə mübarizədə əldə etdiyi nailiyyətləri Amerika rəhbərliyinə konkret dosyelər şəklində təqdim etməyi nəzərdə tutmuşdu. Onların sırasında Suriyadakı YPG/PKK-nın liderlərindən olan Mazlum Kobani ilə bağlı ABŞ kəşfiyyatının hazırladığı dosye də vardır. Maraqlıdır ki, Türkiyə Amerikaya onun öz kəşfiyyatının hazırladığı dosyeni verib.

Nəhayət, Türkiyə Prezidenti D.Trampdan ABŞ-da mühacirət həyatı yaşayan və 2016-cı il iyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənin ekstradisiya edilməsini istəyəcəkdi. FETÖ məsələsi də Ankara üçün çox önəmlidir. Ölkəni hələ də onlardan tam təmizləmək mümkün olmayıb. FETÖ-nün yeni planlarının qarşısını almaq üçün onu tamamilə zərərsizləşdirmək lazımdır.

Amerika tərəfi isə səfər öncəsi yaydığı informasiyalarda S-400-lər və F-35-lər mövzusunun öndə olduğuna vurğu etmişdi. Hətta bir ABŞ rəsmisi deyib ki, S-400-lər həll olunsa, digər məsələlər sürətlə həllini tapacaq. Buraya "erməni soyqırımı" sənədinin geri çəkilməsini, 100 milyard dollarlıq ticari sazişin imzalanmasını və F-35-ləri aid etmək olar. Təbii ki, Suriyada terrorla mübarizə də əhəmiyyətli mövzulardan biri kimi qəbul edilirdi.

Bəs müzakirələr necə keçib və hansı razılıqlar əldə edilib? KİV-ə sızan məlumatlar göstərir ki, tərəflər konkret razılıqdan bəhs etmirlər. Onların hər biri sanki öz mövqelərini qoruyurlar. Bununla yanaşı, bir-birinin geosiyasi dəyərini və əməkdaşlıq zərurətini tam dərk edirlər. Məsələn, D.Tramp R.T.Ərdoğanla görüşdən sonra keçirdikləri brifinqdə açıq deyib ki, Türkiyə çox önəmli müttəfiq və NATO-da tərəfdaşdır. Türkiyə Prezidentinə də böyük hörməti var. Hətta türk ordusunun hazırlıq və təchizat baxımından dünyanın ən güclüsü olduğunu ifadə edib. Doğrudur, bunu da ona bağlayıb ki, bu ordunun təchizatını Amerika edir. Belə çıxır ki, D.Tramp dolayısı ilə çatdırıb ki, Rusiya silahları Amerikanın silahları ilə rəqabətə girə bilməz. Bu səbəbdən Türkiyə Vaşinqtonla münasibətlərini korlamasa yaxşıdır.

D.Tramp S-400-lərlə bağlı verilən suala cavabında konkret fikir bildirməyib. Sadəcə deyib ki, razılığın əldə olunacağına ümidlidir. Ticarətin 100 milyard dollar həcminə çatdırılmasını isə hər iki tərəfin arzuladığını dilə gətirib. Ancaq D.Trampın ən çaşdırıcı cavabı SDQ komandanı M.Kobani ilə bağlı olub. Türk jurnalist Ankaranın başına 4 milyon pul qoyduğu bu terrorçu ilə əlaqə saxlamaqda davam edib-etmədiklərini soruşanda, ABŞ Prezidenti son olaraq R.T.Ərdoğanla görüş olan gün onunla danışdığını deyib və əlavə edib ki, o, Türkiyə Prezidenti ilə də işləyir. Bununla Amerika Prezidenti növbəti dəfə siyasi səhvə yol verib: o, müttəfiq dediyi bir ölkənin başçısı ilə terror təşkilatına rəhbərlik edənlərdən birini bərabər tutub. Təbii ki, Türkiyə bununla razılaşmaz, lakin o da məlumdur ki, Vaşinqtonun nə edəcəyi bəlli deyil.

Türkiyə Prezidenti də maraqlı fikirlər səsləndirib. O, D.Trampın yanında deyib ki, yazdığı iki məktubu özünə qaytarıb. Bu, o deməkdir ki, Ankara rəsmi olaraq həmin məktubları qəbul etmir və onun üçün əhəmiyyəti yoxdur. Bundan başqa, Türkiyə İŞİD-lə mübarizə apardığı kimi, YPG/PKK ilə də mübarizəsini davam etdirməkdə qərarlıdır. Həmin kontekstdə maraqlıdır ki, D.Tramp deyib ki, Türkiyə "etdiklərini etməyə davam edəcək".

Fikir ayrılıqları: qeyri-müəyyənlik qalmaqdadır

Bunlardan əlavə olaraq, Türkiyə İŞİD-çiləri vətəndaşları olduqları ölkələrə göndərməkdə davam edəcək. D.Tramp da bunu dəstəkləyib və deyib ki, Ankara miqrantlarla bağlı 40 milyard dollar xərcləyib ki, bu da çox böyük rəqəmdir. Avropa isə 3 milyard avroya söz verib, ancaq real nəticə yoxdur. Bu səbəbdən Türkiyənin həmin mövzuda narahatlığı başa düşülməlidir.

FETÖ ilə də bağlı R.T.Ərdoğan bu təşkilatın rəhbərinin Ankaraya təslim edilməsini gündəmə gətirdiyini bəyan edib. Ancaq Vaşinqtondan konkret cavab yoxdur. Görünür, Vaşinqton bu məsələdə güzəştə getmək istəmir. Əvəzində, respublikaçı senator Lindsi Qrem qondarma "erməni soyqırımı"nı tanıyan qətnamənin qəbul edilməsinin əleyhinə olduğunu bildirib. L.Qrem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib. O da maraqlıdır ki, antitürkiyə mövqeyi ilə tanınan L.Qrem səbəb kimi onu göstərib ki, bu məsələ senatorların işi deyil, tarixçilərin işidir. Konqres tarix yaratmaqla məşğul olmamalıdır. Bununla həm erməni diasporuna böyük zərbə vurublar və həm də bir daha göstəriblər ki, reallıqda "soyqırımı" müzakirələri siyasi məqsədlər üçün istifadə edilən bir oyundur. Onu gah bu, gah da digər istiqamətdə istifadə etmək olar.

Vurğulanan məqamlar R.T.Ərdoğanın Amerika səfərinin geosiyasi aspektdən nə qədər əhəmiyyətli olduğunu göstərir. Tərəflərin konkret razılıqlardan danışmaması isə təsdiqləyir ki, hələ ABŞ-Türkiyə münasibətləri müəyyən dərəcədə qeyri-müəyyənliyini saxlayacaq. Bu baxımdan Türkiyə Prezidentinin iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açmaq istəyi ilə bağlı açıq danışması ekspertlərin marağına səbəb olub. Konkret olaraq, bu istiqamətdə hansısa addım atılıbmı? Məlum deyil. Ancaq aydın görünür ki, hər iki dövlət mövcud vəziyyətdən razı deyil. Onlar arada olan problemləri həll etməkdə qərarlıdırlar. Lakin hələlik ortaq mövqe mövcud deyil.

Bu nöqteyi-nəzərdən Amerika-Türkiyə münasibətlərinin Yaxın Şərqin geosiyasi dinamikasına necə təsir edə biləcəyi barədə konkret proqnoz vermək hələlik çətindir. Deməli, konkret olaraq, Suriya məsələsində Ankara ilə Vaşinqton arasında ziddiyyətlər qalacaq. O cümlədən terrorla mübarizədə fikir ayrılığı davam edir. Yəni Amerika YPG/PKK-ya yardım etməyi kənara qoymur. Əgər Türkiyə yenidən hərbi əməliyyatlara başlasa, bu məsələ tərəflər arasında kəskin narazılığa səbəb ola bilər.

Digər tərəfdən, Amerika üçün Türkiyədən uzaqlaşmaq qətiyyən sərfəli deyil. Geosiyasi, hərbi, təhlükəsizlik, iqtisadi və siyasi baxımdan ABŞ üçün Türkiyə çox önəmlidir. Ayrıca, NATO-nun taleyi indi xeyli dərəcədə Türkiyədən asılıdır. Görünür, burada Avropa İttifaqı-Türkiyə münasibətlərini də nəzərə almaq lazımdır. Həmin kontekstdə Rusiya-Türkiyə əlaqələrinin də əhəmiyyəti danılmazdır.

Ankara-Moskva əlaqələri son zamanlar sürətlə inkişaf edir. O cümlədən hərbi-texniki və nüvə əməkdaşlığı sahəsində irəliləyiş vardır. Ankara bu prosesdən narazı deyil. Moskva üçün də həmin məsələ aktualdır. Rusiyalı ekspertlər hesab edirlər ki, Türkiyə geosiyasi aspektdə Moskvaya çox lazımdır. S-400-lərin türklərə satılması təsadüfi deyil. Bunlara baxmayaraq, bu iki böyük dövlətin Yaxın Şərqdə maraqları bir çox məqamlarda toqquşur. Ekspertlər də həmin məqamı vurğulayırlar. Belə görünür ki, Ankaranın Moskva istiqamətində də çətinlikləri yox deyildir. Xüsusilə Suriya məsələsində terrorçuların təhlükəsizlik zonasından çıxarılmaması Türkiyəni narahat etməkdədir.

Beləliklə, R.T.Ərdoğanın ABŞ-a səfəri bir çox məsələlərə gözlənilən aydınlığı gətirmədi. İki dövlət arasında olan problemlər həllini tapmadı. Yaxın Şərqlə bağlı fikir ayrılığı qalmaqdadır. Ancaq bu da bir nəticədir. Məlum olur ki, ABŞ və Rusiya Suriya oyunlarını davam edirlər. İsrail də açıq bildirir ki, YPG-yə dəstək verə bilər. Türkiyə və İranın öz maraqları olduğu sirr deyil. O halda Suriyada vəziyyətin normallaşması mürəkkəb vəzifə olaraq alır. Bu isə o deməkdir ki, hələlik təxribatlar, silahlı toqquşmalar, riskli davranışlar gözləniləndir. Ayrıca, terror təşkilatları fəaliyyətlərini davam etdirəcəklər. Onları regiondan çıxarmaq asan olmayacaq. Yəni, deyə bilərik ki, Yaxın Şərqdə savaş davam edir...

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH