Ümumdünya Poçt İttifaqının 145 illiyi qeyd olunacaq
Bakı, 14 iyun, AZƏRTAC
Bu il Ümumdünya Poçt İttifaqının 145 illiyi qeyd olunacaq.
“Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə Ümumdünya Poçt İttifaqı tərəfindən bir sıra layihələr həyata keçiriləcək. Yubiley tədbirləri çərçivəsində İttifaqın baş ofisi yerləşdiyi ərazinin həyətində ağac əkiləcək. Eyni zamanda, 9 oktyabr - Ümumdünya Poçt Gününə həsr olunan ənənəvi mərasim baş tutacaq. Həmin gün 22 təsisçi dövlətin nümayəndələri Bern müqaviləsinin imzalandığı binaya dəvət olunacaq.
Qeyd edək ki, Azərbaycan 1993-cü ilin aprelində Ümumdünya Poçt İttifaqının üzvlüyünə qəbul olunub. “Azərpoçt” MMC beynəlxalq poçt bağlamalarına dair beynəlxalq müştəri xidmətləri sistemi vasitəsilə hazırda dünyanın 173 ölkəsi ilə əməkdaşlıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]