Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyev: Siyasi fenomen və vətəndaş hünəri

Ümummilli lider Heydər Əliyev: Siyasi fenomen və vətəndaş hünəri

Ümummilli lider Heydər Əliyevin doğum günü artıq çoxdan bəri sözün həqiqi mənasında milli birliyi və milli həmrəyliyi təcəssüm etdirən ümumxalq bayramına çevrilib. Lakin məhz bu gün Azərbaycan xalqı ölkəmiz üçün bu taleyüklü hadisəni böyük sevinc və fərəhlə qeyd edir. Ümummilli lider Heydər Əliyevin doğum günü Vətən müharibəsində Azərbaycanın müzəffər Qələbəsi, Qarabağ torpağının erməni işğalçılardan azad edilməsi ilə bir vaxta düşür.

Biz ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi qarşısında milli ruh yüksəkliyi şəraitində baş əyirik. Ümummilli lider Heydər Əliyevin şərəfinə son 30 ildə ilk dəfə erməni təcavüzündən azad edilmiş torpaqlarda çoxdan gözlənilən bayram yaylım atəşi səslənəcək. Toplardan açılan yaylım atəşi ilə ölkəmizin və onun mədəni paytaxtı olan Şuşanın səmasının işıqlanması dahi atanın layiqli oğlu, Prezidentimiz İlham Əliyevin verdiyi vədin - “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözlərinin təsdiqi olacaq.

Dünya tarixində çoxsaylı faktlar sübut edir ki, əgər xalq öz iradəsi ilə qələbəyə can atmasa, xalqın əvəzinə heç kəs bunu etməyəcək - nə dövlət rəhbərləri, nə də xüsusən vasitəçilər. Lakin təkcə xalqın istəyi, hətta bu istək çox güclü olsa belə kifayət deyil. Bundan ötrü böhranlı məqamda milləti birləşdirməyə, strateji sektorları birbaşa öz nəzarətinə götürməyə, ordunu möhkəmləndirməyə, dövlətin gəlirlərini artırmağa, iqtisadiyyatı dirçəltməyə qabil olan güclü və zəkalı lider lazımdır.

Ölkəmizin hər bir sakininə məlumdur ki, Azərbaycan dövlətçiliyinin başı üstünü qara buludlar alanda, ən mürəkkəb qarşıdurmaların qızğın vaxtında xalq ümummilli lider Heydər Əliyevi köməyə çağırdı və o, ölkəyə rəhbərliyi öz üzərinə götürdü. Bizim öz taleyimizi, ölkəmizin taleyini yalnız Heydər Əliyevə etibar etməyimiz üçün hər cür əsas vardı. Zaman göstərdi ki, Azərbaycan xalqı nəinki həmin təhlükəli anda, həm də öz suveren dövlətimizin inkişafının strateji perspektivi üçün yeganə düzgün seçim etmişdi. Bu seçim gənc müstəqil respublikamız üçün həqiqətən taleyüklü qərar oldu. Heydər Əliyev XX əsrin iki fundamental anlayışını - “millət” və “şəxsiyyət” anlayışlarını praktikada vahid Ümummilli Lider anlayışı şəklində birləşdirməyə nail oldu.

Milli liderliyin mahiyyəti millətə dövlətin real strateji inkişaf kursunu təklif etmək və vətəndaşları həmin kursun gerçəkləşməsi üçün sıx birləşmək lazım olduğuna inandırmaq bacarığıdır. Ümummilli Liderin siyasi kursu Azərbaycan cəmiyyətinin sıx birləşməsinə yönəlmişdi. Bu, öz torpağının işğal edilmiş hissəsi üzərində suverenliyin bərpa edilməsi uğrunda mübarizə aparan ölkədə tamamilə təbii proses idi. Heydər Əliyevdən ötrü dövlətin ərazi bütövlüyü problemi təkcə konstitusion-siyasi və beynəlxalq aspektləri deyil, həm də millətin özünə hörməti kimi mənəvi məsələni ehtiva edirdi. Ümummilli lider Heydər Əliyev bizdə milli ləyaqət, milli qürur hissi tərbiyə edib, Prezident İlham Əliyev isə bu hissi böyük Qələbə səviyyəsinə qaldırıb.

Heydər Əliyevə xas olan məqsədyönlülük, müdriklik, cəsarət və uzaqgörənlik vətəndaş qarşıdurması üçün hər hansı ilkin şərtləri ən qısa müddətdə aradan qaldırmağa imkan yaratdı. Ümummilli lider Heydər Əliyev əsas diqqəti dövlətin ərazi bütövlüyünün bərpa edilməsi, millətin özünü tam reallaşdırması üçün şərait yaradılması, müstəqil və uğurlu inkişaf yolunu davam etdirmək uğrunda mübarizəyə yönəldirdi. Burada biz tamamilə haqlı olaraq təkcə Heydər Əliyev siyasi fenomeni barədə deyil, ölkənin taleyini Azərbaycan xalqının əzəli dəyərləri ruhunda tərbiyə edilmiş ideya həmməsləkinə etibar etmiş Ümummilli Liderin vətəndaş Hünəri barədə danışa bilərik. Oğlunun uşaqlıq illərindən onun mənəvi mövqeyinin təməlini formalaşdırmış atanın vətəndaş Hünəri belə bir müdrik kəlamla ifadə edilir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu il yanvarın 14-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı - bu hərbi qələbə onun dahi atasının mənəvi kredosunun qaynaqlarını üzvi şəkildə əks etdirirdi. Birinci vitse-prezident Mehriban Əliyevanın İnstaqram sosial şəbəkəsindəki rəsmi akkauntunda dərc edilmiş videoyazıda Prezidentimizin bu sözlərini eşidəndə gözlərimiz qürurla yaşarır, hər birimiz sevinc və eyni zamanda, nurlu kədər hissləri yaşayırdıq: “Baxın, Günəş də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda, mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur. Bu yol heç vaxt olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə cəmi iki ay ərzində bu yolu açmışıq. Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər”.

İlham Əliyev iyirmi yaşlı bir gənc ikən atası ilə bərabər Azərbaycanın böyük şairi Xurşidbanu Natəvanın büstünün açılış mərasimində iştirak etməsini, Natəvan bulağına getməsini xatırlayırdı. Sovet Azərbaycanının rəhbəri, Sov. İKP MK Siyasi Büro üzvlüyünə namizəd Heydər Əliyev şairin abidəsinin açılışı münasibətilə şəxsən Şuşaya gəlmişdi. Sovet dövründə belə bir hərəkət etməyə yalnız çox güclü, özünə inanan insan cəsarət edə bilərdi. O, sadəcə oğluna deyil, ideya və mənəvi varisinə nümunə göstərirdi. Heydər Əliyev hakim partiya üçün sosial baxımdan yabançı bir şəxsiyyətin abidəsini açırdı, çünki Xurşidbanu Natəvan Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı, Azərbaycanın ən qüdrətli xanlarından biri olmuş İbrahimxəlil xanın nəvəsi idi!!! 39 ildən sonra İlham Əliyev Şuşaya müzəffər Ordunun Ali Baş Komandanı kimi qayıtdı. 44 günlük müharibə dövründə hər gün irəli gedən bu ordu qələbə qazandı və 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Şuşanı azad etdi.

Ümummilli lider Heydər Əliyevin vətəndaş Hünəri və böyük xidməti ondan ibarətdir ki, o, müasir dünyanın çağırışlarına müvafiq oriyentirləri tamamilə müstəqil və yaradıcı şəkildə inkişaf etdirməyə qabil olan, xalq ruhuna sədaqəti qoruya bilən varis tərbiyə edib və onu mənəvi cəhətdən formalaşdırıb.

Ermənilər bizim abidələrlə ibtidai icma dövrünün vəhşiləri kimi rəftar ediblər. Ümummilli Lider bizim böyük həmvətənlərimizin - Natəvanın, Üzeyir bəyin, Bülbülün büstlərini ermənilərdən pulla almaq üçün müvafiq tədbirlər görüb. Prezidentimiz İlham Əliyev vəd edib ki, Şuşa düşməndən azad ediləndən sonra biz həmin təhqir olunmuş büstləri bərpa edib əvvəlki yerinə qoyacağıq. O, sözünün üstündə durdu və artıq işğaldan azad edilmiş Şuşada həmin büstlərin qoyulmasında şəxsən iştirak etdi - vaxtilə atasının etdiyi kimi. Azərbaycanın mədəni paytaxtı Şuşada bayram atəşfəşanlığı bu gün həm xalqımızın mədəniyyətini, həm də milli ruhumuzun gücünü, ordumuzun qüdrətini təcəssüm etdirən, Qələbəmizin mədəni rəmzlərini - Natəvanın, Üzeyir bəyin və Bülbülün büstlərini də işıqlandıracaq.

Heydər və İlham Əliyevlərin ölkəmizin ərazi bütövlüyünü bərpa etməyin siyasi və hərbi imkanlarını müzakirə etmək üçün neçə yuxusuz gecə keçirdiyini biz - sıravi vətəndaşlar yalnız güman edə bilərik. Bu ata və oğulun xalqımıza, ölkəmizə və uşaqlarımızın gələcəyinə görə məsuliyyət yükünü öz üzərinə götürərkən necə götür-qoy etdiklərini yalnız təsəvvür edə bilərik. Əslində, başqa cür ola da bilməzdi, çünki ölkə qarşısında, onun hər bir vətəndaşı qarşısında mənəvi məsuliyyət Heydər Əliyev siyasi fenomeninin səciyyəvi xüsusiyyətlərindən biri idi.

Əzəli milli ərazisinin bir qismi xarici qüvvələrin işğalı altında olan hər bir dövlət, əlbəttə, özünün bütün siyasi səylərini ərazi bütövlüyünün bərpasına yönəldəcək. Ümummilli Lider Azərbaycanın yeni siyasi kursunun təməlini qoyub. Bu kurs lap əvvəldən bu günə qədər mövcud siyasi şəraitə adekvatdır, yəni sabit, davamlı və müəyyəndir. Şübhəsiz, bu cür ölçülüb-biçilmiş daxili və xarici siyasət ölkəmizin hüdudlarından kənarda çoxlarını qıcıqlandırır. Lakin məhz ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən bu kurs Azərbaycan dövlətinin milli maraqlarına və inkişaf hədəflərinə uyğundur.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yaratdığı dəmir yumruq erməni ordusunu sarsıtdı, biabırçı şəkildə kapitulyasiya edən təcavüzkar diz çökdü və yaxın vaxtda, bəlkə də heç vaxt baş qaldıra bilməyəcək. Hərbi Qənimətlər Parkında olanlar bizim ordumuzun gücünü, bizim iradəmizin gücünü və qələbəyə necə çətinliklə nail olduğumuzu görüblər.

Vətən müharibəsinin hər günündə həm panikaya düşmüş Ermənistan, həm də dünya liderləri başa düşürdülər ki, Prezident İlham Əliyev yüksək dərəcədə savadlı, özünə güvənən liderdir, onun tərəfdar olduğu dəyərlər Azərbaycanın gələcəyini müəyyən edir. İlham Əliyev Vətən müharibəsində Qələbə şərəfinə hərbi paradda çıxış edərkən deyib: “Əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq. İndi isə bizim üçün yeni dövr başlayır - quruculuq dövrü”.

Bu gün erməni işğalından azad edilmiş ərazilərin qarşısında geniş perspektivlər açılır. Bərpa prosesini şəxsən nəzarətə götürmüş Prezident İlham Əliyevin fəal və ölçülüb-biçilmiş siyasəti bu ərazilərin innovasiyalı inkişafına zəmanət verir. Ümummilli lider Heydər Əliyevin bütün həyatını həsr etdiyi Azərbaycan xalqı Prezidentin bu missiyasını dəstəkləyir. Quruculuq həmişə Heydər Əliyevin siyasi liderliyinə xas olub.

Bizim Prezident haqlı olaraq özünü xoşbəxt insan hesab edir, çünki o, öz dahi atasının vəsiyyətlərinə əməl edib - erməni təcavüzkarları qovub və Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Belə düşünməyə hər cür əsas var ki, Heydər Əliyev də özünü xoşbəxt ata hesab edirdi, çünki o, sadəcə layiqli oğul deyil, həmməslək, varis tərbiyə edib. 2003-cü ilin oktyabr ayında, növbəti prezident seçkilərindən bir qədər əvvəl Ümummilli Lider özünün prezidentliyə namizədliyini öz varisi İlham Əliyevin xeyrinə geri götürdü. Öz dahi atasının xatirəsinə layiqli varis olan İlham Əliyev Azərbaycanın çoxəsrlik tarixinə gələcəyin güclü ordusunu, XXI əsr ordusunu yaratmış lider kimi düşüb. Azərbaycan həmrəylik və sabitlik şəraitində, kəskin dönüşlər və sarsıntılar olmadan dünyanın aparıcı və qabaqcıl ölkələri sırasına sürətlə daxil olub.

İşğal dövründə düşmən bizim azad edilmiş ərazilərimizdəki dini abidələri məhv edib, 67 məscidi dağıdıb və ya yararsız hala salıb. Rəmzi faktdır ki, məhz Heydər Əliyev Fondu bizim tarixi-dini abidələrin bərpa edilməsi missiyasını öz üzərinə götürüb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva işğaldan azad edilmiş Qarabağda müqəddəs ziyarətgahların yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa edilməsi və yenidən qurulması üzrə geniş fəaliyyətə başlayıb. Ağdam Cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə artıq start verilib, eyni vaxtda Şuşa məscidləri də bərpa ediləcək. Ümummilli lider Heydər Əliyevin ruhu şad olacaq - Şuşa və Ağdam məscidlərində azan səsi eşidiləcək. Şəhidlərimizin ruhu şad olacaq - bizim məscidlərdən azan səsləri eşidiləcək.

Heydər Əliyev hər cəhətdən - öz duyğularında, fikirlərində, sözlərində, əməllərində böyük insan idi. Öz ölkəmizə görə qürur hissi oyadan, bizə etibarlı dayaq olan dahi şəxsiyyətin nurlu xatirəsi Azərbaycanı sevən hər kəsin qəlbində əbədi yaşayacaq. Ümummilli lider Heydər Əliyevin layiqli varisi, Prezidentimiz İlham Əliyevin dediyi kimi, dəmir yumruq bizim birliyimizin rəmzidir: “Bu gün Azərbaycan xalqı vahid yumruq kimi sıx birləşib! Bu, həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik gələcəkdə də bütün məsələləri yerinə yetirməyimizə imkan verəcək!”

Aqiyə Naxçıvanlı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Siyasi elmlər doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO