“Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabı nəşr edilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Bakı Dövlət Universiteti filologiya fakültəsinin magistrantı Ayşən Sadıqlının ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabı nəşr edilmişdir.
Bakı Dövlət Universiteti (BDU) mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, nəşrdə ulu öndər Heydər Əliyevin ədəbiyyatla bağlı çıxışları, nitqləri və məruzələri toplanmış, dahi rəhbərin Azərbaycan ədəbiyyatı ilə bağlı imzaladığı Fərman və Sərəncamlar öz əksini tapmışdır.
Ali məktəblərin filologiya fakültəsinin tələbə və müəllimləri, mütəxəssislər, elmi ictimaiyyət, geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın elmi redaktorları BDU-nun professoru Tofiq Hüseynoğlu və dosent Məhərrəm Vəliyev, rəyçi professor Qara Namazovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]
“Google” görmə və tərcümə üzrə yeni süni intellekt modeli təqdim edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]