Ümummilli lider Heydər Əliyevin xatirəsi Argentinada da anılmışdır
Bakı, 11 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Argentinanın nüfuzlu UADE Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə səfir Məmməd Əhmədzadə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda ağır mübarizədə keçən məşəqqətli və şərəfli həyat yolundan danışmışdır.
Diplomat daxili siyasi qeyri-sabitliyin mövcud olduğu bir dövrdə, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdarkən ümummilli lider Heydər Əliyevin respublikanı çətin vəziyyətdən çıxarmaq üçün atdığı qətiyyətli addımlar, dövlətçiliyimizin gücləndirilməsi, iqtisadi dirçəlişin əsaslarının qoyulması, Azərbaycan maraqlarının beynəlxalq aləmdə təşviqi istiqamətində həyata keçirdiyi strategiya haqqında ətraflı məlumat vermişdir.
Ulu öndər Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan M.Əhmədzadə son illərdə Azərbaycanın sosial-iqtisadi tərəqqi, regionun lider dövlətinə, siyasi, iqtisadi, enerji və nəqliyyat-infrastruktur mərkəzinə çevrilməsi, beynəlxalq aləmdə mövqelərinin güclənməsi sahəsində əldə etdiyi nailiyyətlərdən də bəhs etmişdir.
Sonda ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan haqqında film göstərilmiş, iştirakçılara səfirlik tərəfindən ispan dilində nəşr olunmuş çoxsaylı materiallar təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]