UNEC-də “Clarivate Analytics” nümayəndələri ilə görüş
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində “Clarivate Analytics” (Web of Science) agentliyinin nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Görüşdə UNEC-in mövcud elmi potensialının reallaşdırılması və elmi potensialının artırılması yolları müzakirə edilib. Həmçinin “Clarivate Analytics”in bazasına UNEC-də müdafiə edilmiş dissertasiyaların yerləşdirilməsi, həmin bazada olan dissertasiyaları tələb olunan dilə avtomatik çevirməklə istifadə imkanlarının genişləndirilməsi və avtomatik olaraq plagiat yoxlamasından keçirilməsi, türk dövlətləri universitetlərinin ayrıca reytinqinin formalaşdırılması imkanları və digər məsələlər barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:57]
Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir
- 10.08.2026 [16:06]
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
- 10.08.2026 [15:29]