UNEC-də təlim: Müasir inklüziv tədris prosesinin təşkili
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnklüziv Təhsil Mərkəzinin Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq çərçivəsində “Müasir inklüziv təlim-tədris prosesinin təşkili” adlı təlimlər keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dörd gün davam edən təlimlər psixoloji mühit, valideyn himayəsindən məhrum olmuş, eləcə də çətin tərbiyə olunan uşaqlarla təlim-tədris prosesinin təşkili, istedadlı gənclərin aşkar edilməsi metodları, sosial-pedaqoji dəstək-yanaşma prinsipləri və s. mövzuları əhatə edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.