“Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində çıxışlar yekunlaşıb
Minsk, 25 noyabr, AZƏRTAC
Minskdə keçirilən “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində çıxışlar yekunlaşıb. Hazırda online səsvermə keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Fidan Hüseynova səhnəyə 7-ci çıxıb. Müsabiqənin budəfəki finalında rekord sayda - 20 ölkənin nümayəndəsi iştirak edib.
“Minsk Arenada” səhnəyə Azərbaycanla yanaşı, Ukrayna, Portuqaliya, Qazaxıstan, Albaniya, Rusiya, Niderland, Belarus, İrlandiya, Serbiya, İtaliya, Avstraliya, Gürcüstan, İsrail, Fransa, Makedoniya, Ermənistan, Uels, Malta və Polşa təmsilçiləri çıxıblar.
Qeyd edək ki, noyabrın 23-də axşam saatlarından mahnı müsabiqəsinin rəsmi saytında tamaşaçıların online səsverməsi başlayıb. Səsvermə müsabiqənin rəsmi açılışına qədər, yəni noyabrın 25-də yerli vaxtla saat 18:00-dək davam edib. Final günü sonuncu iştirakçının ifasından sonra səsvermə 15 dəqiqə ərzində yenidən aktivləşib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]