Uşaq bağçasından oğurluq edən şəxs saxlanılıb
Bakı, 10 mart, AZƏRTAC
Martın 9-na keçən gecə Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisindəki uşaq bağçalarının birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə gələn Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalar nəticəsində bağçadan iki televizor, noutbuk, tozsoran və DVD oğurlandığı məlum olub.
“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum edilən Nicat Məhərrəmov olduğu müəyyən edilib. Həmin şəxsin üzərində axtarış zamanı narkotik vasitə olan heroin də aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]