“Uşaq hüquqları aylığı” çərçivəsində Oğuzda silsilə tədbirlər keçirilmişdir
Oğuz, 19 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il oktyabrın 20-dən noyabrın 20-dək, BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda ənənəvi “Uşaq hüquqları aylığı” keçirilir.
Aylığın keçirilməsində əsas məqsəd uşaq hüquqlarının qorunmasına diqqəti daha da artırmaq, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətini yaxşılaşdırmaqdır.
AZƏRTAC xəbər verir ki, “Uşaq hüquqları aylığı” Oğuz rayonunda da silsilə tədbirlərlə qeyd olunmuşdur. Rayon icra hakimiyyətindən bildirmişlər ki, aylıq çərçivəsində ümumtəhsil məktəblərində, uşaq bağçalarında, uşaq yaradıcılıq mərkəzində, uşaq-gənclər idman məktəbində, mədəniyyət müəssisələrində, kitabxanalarda konfranslar, “dəyirmi masa”lar, seminarlar, idman yarışları keçirilmiş, tematik sərgilər təşkil edilmiş, maarifləndirici söhbətlər, müzakirələr aparılmışdır. İcra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyanın aparıcı mütəxəssislərinin, habelə psixoloqların, hüquq işçilərinin iştirak etdikləri tədbirlərdə respublikamızda, o cümlədən Oğuz rayonunda uşaq hüquqlarının qorunması sahəsində görülən işlərdən bəhs edilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]