“Uşaq kimi düşün” layihəsi çərçivəsində təlimlər təşkil olunacaq
Bakı, 5 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin təşkil etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsində qalib gələn layihələrdən biri də “Uşaq kimi düşün” layihəsidir.
Layihənin rəhbəri Nigar Hüseynzadə AZƏRTAC-a məlumat verib ki, layihə xüsusi karantin rejimi ilə əlaqədar olaraq onlayn formatda icra olunur. Layihə çərçivəsində müəllim və valideynlər üçün təlimlərin təşkili nəzərdə tutulur. Təlimlərdə müəllim və psixoloqlar, valideynlər iştirak edəcəklər.
Nigar Hüseynzadə qeyd edib ki, təhsilin səmərəliliyini təmin etmək üçün şagird, müəllim və valideyn münasibətləri düzgün şəkildə qurulmalıdır: “Məktəb sadəcə təhsil, təlim ocağı deyil, həmçinin tərbiyə ocağıdır. Tərbiyənin kökü isə ailəyə dayanır. Cəmiyyətə yararlı şəxsiyyətlər yetişdirmək üçün müəllimlər və valideynlər birlikdə fəaliyyət göstərməlidir”.
O diqqətə çatdırıb ki, layihə martın 15-dək davam edəcək. Təlimlərdə iştirak etmək istəyənlər layihənin “Facebook” ünvanına müraciət edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [00:08]
Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]
Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]