UŞAQLARA QAYĞI GÖSTƏRİLİR
Ağdaş rayon icra hakimiyyətindən müxbirimizə bildirmişlər ki, ötən il baş vermiş zəlzələdən yararsız vəziyyətə düşmüş 2 nömrəli bağça üçün Beynəlxalq humanitar təşkilatların maliyyə köməyi ilə müasir tipli yeni bina tikilib istifadəyə verilmişdir. 6 nömrəli bağçada isə yerli büdcə hesabına əsaslı təmir-bərpa işləri aparılmışdır.