Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar şəhid uşaqları ilə görüş olub
Bakı, 31 may, AZƏRTAC
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdan bir qrupunun uşaqları ilə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi tarixi Zəfərdən bəhs edilib. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşlarda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Sonra Dövlət Sosial Müdafiə Fondunun uşaqlara hədiyyələri paylanılıb.