Vatikanda yeni Roma Papasının seçilməsi üçün hazırlıqlar başlayıb
Vatikan, 3 may, AZƏRTAC
Müqəddəs Taxt-Tacda yeni - 267-ci Roma Papasının seçilməsi üçün hazırlıqlar görülür.
AZƏRTAC xəbər verir ki, Vatikandakı Sikstin Kapellasının damında baca quraşdırılması işlərinə başlanılıb. Bu bacadan çıxan tüstünün rəngi dünyaya yeni Papanın seçilib-seçilmədiyindən xəbər verəcək. Ənənəyə görə, kardinallar səsvermə turunun başa çatıb-çatmadığını dünyaya bildirmək üçün bacadan çıxan tüstüdən istifadə edirlər. Səsvermə qəti nəticə verməsə, bacadan çıxan tüstü qara olacaq. Əgər Papa seçilərsə tüstünün rəngi ağ olacaq və kilsə zəngləri çalınacaq.
Mayın 7-də Sikstin Kapellasında başlayacaq konklavda 133 kardinal səs verəcək və verilən hər bir səs yandırılacaq. Namizəd üçdə iki səs çoxluğu alana qədər kardinallar gündə 4 dəfəyə qədər səs verəcəklər. Yeni Papanın seçilmək üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyacı olacaq.
Konklav başlayandan sonra izdiham Müqəddəs Pyotr meydanına toplaşaraq bacadan çıxan tüstünün rəngini yaxından izləyəcək. Hazırda dünyadakı təxminən 1,4 milyard katolik yeni liderin seçilməsi gözləyir.
Xatırladaq ki, katoliklərin ruhani lideri və Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. Mərhum Xorxe Mario Berqolyo Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]
Tramp: ABŞ Hörmüz boğazına tam nəzarət edir
- 01.10.2026 [06:07]
NASA-nın "Crew-13" heyəti bu gün Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək
- 01.10.2026 [05:35]
Tramp: Rusiyanın neft emalı zavodlarındakı vəziyyət dizel qıtlığına yol açır
- 01.10.2026 [04:40]
Tramp inanır ki, Rubio Kuba probleminə həll yolu tapacaq
- 01.10.2026 [02:44]
Rusiya payız kampaniyası zamanı orduya 120 min nəfər çağıracağını açıqlayıb
Qızıl və gümüş bahalaşıb
- [10:20]
Birjalarda neft ucuzlaşıb
- [10:16]
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur
- 30.09.2026 [19:02]