VENESİYA KOMİSSİYASI AZƏRBAYCANIN SEÇKİ İNSTİTUTLARI İLƏ ƏMƏKDAŞLIQDAN RAZIDIR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio və qurumun şöbə müdiri Sergey Kuznetsov iyulun 14-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşlər.
MSK-nın sədri AŞ Venesiya Komissiyası ilə 2003-cü ildən bəri davam edən əlaqələrin əhəmiyyətindən və səmərəli əməkdaşlıqdan söz açmışdır. O, seçki təlimçilərinin və bəzi normativ xarakterli sənədlərin hazırlanması sahəsindəki əməkdaşlığı xatırlatmış və əlaqələrin davamlı inkişafından məmnun olduğunu diqqətə çatdırmışdır.
C.Bukikkio Azərbaycanın seçki institutları ilə əməkdaşlıqdan razılığını ifadə etmiş və bundan sonra da hər cür yardım göstərməyə hazır olduqlarını bildirmişdir.
M.Pənahov prezident seçkilərinə hazırlıq çərçivəsində aşağı seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması, seçici siyahılarının dəqiqləşdirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin və seçicilərin maarifləndirilməsi istiqamətində mühüm işlər görüldüyünü qeyd etmişdir. Maarifləndirmə proqramının davam etdiriləcəyindən danışan MSK sədri bildirmişdir ki, dairə seçki komissiyaları üzvlərindən və katibliklərinin əməkdaşlarından təlimçilərin hazırlanması qarşıya məqsəd qoyulmuşdur. İyulun 15-də bununla bağlı tədbir keçiriləcəkdir. Hazırlanacaq təlimçilər aşağı seçki komissiyalarının üzvləri üçün təlim məşğələləri keçəcək MSK təlimçilər qrupuna yardımçı olacaqlar.
Qonaqlar səmimi görüşə görə Mərkəzi Seçki Komissiyasının sədrinə minnətdarlıq etmiş və Azərbaycan da növbəti prezident seçkilərinin demokratik şəraitdə keçiriləcəyinə əmin olduqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]