Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyiciləri ilə görüş keçiriləcək
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
2022-ci ilin yanvar ayı ərzində Dövlət Vergi Xidmətinin (DVX) strukturları və müxtəlif kateqoriyalara aid vergi ödəyicilərinin iştirakı ilə 41 görüş keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, DVX-nin Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsi tərəfindən vergi ödəyicilərinin iştirakı ilə “Zoom” platforması üzərindən onlayn görüşlər təşkil olunub, qanunvericliyə edilmiş dəyişikliklərlə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq izahlar verilib.
Qeyd edilən tədbirlərin davamı olaraq fevralın 8-də saat 15:00-da vergi ödəyicilərinin iştirakı ilə “Zoom” platforması üzərindən 100 vergi ödəyicisinin iştirakı ilə növbəti onlayn görüşün keçirilməsi nəzərdə tutulur. Görüşdə iştirak etmək istəyən vergi ödəyiciləri aşağıdakı linklər vasitəsilə fevralın 8-i saat 14:30-a qədər görüşə yazıla bilərlər:
Web üzərindən yazılma üçün: https://fxo.io/m/tigers-incredible-1202
Telegram üzərindən yazılma üçün: DVX Bot