Vətən müharibəsi şəhidlərinin övladları üçün muzeyə ekskursiya təşkil olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün Milli Azərbaycan Tarixi Muzeyində ekskursiya təşkil olunub.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Şəhidlərin ailə üzvləri Hacı Zeynalabdin Tağıyevin Ev-muzeyini ziyarət ediblər. Ekskursiya zamanı onlara məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşadığı saray, həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.