Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaş məktubları: Qətiyyətli, cəsarətli və müdrik qərarları ilə milli maraqlarımızı qoruyan Prezidentimizin olması bizim böyük xoşbəxtliyimizdir

Vətəndaş məktubları: Qətiyyətli, cəsarətli və müdrik qərarları ilə milli maraqlarımızı qoruyan Prezidentimizin olması bizim böyük xoşbəxtliyimizdir

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, qardaş Türkiyənin və bir sıra digər ölkələrin vətəndaşları Prezident, Ali Baş Komandan İlham Əliyevə məktublar yazmaqda davam edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Rusiyanın Moskva şəhərindən Cavid İbrahimov yazır: “Əziz və çox hörmətli Prezident İlham Əliyev, gördüyünüz işlərə görə Sizə çox minnətdarıq. Sizin siyasətiniz Azərbaycan Respublikasının tərəqqisinə və rifahına xidmət edir. Mən Moskva şəhərində universitetdə təhsil alıram. Xarici ölkədə yaşayan hər bir azərbaycanlı kimi, öz xalqımızın mədəniyyətini təmsil edirəm. Qəlbimiz, ruhumuz Sizinlədir, Vətənimizin mənafeyini qorumağa hər zaman hazıram.

Mənim ailəm Xocavənd rayonundan köçkündür. Bütün xəbərləri diqqətlə izləyirik. Əsgərlərimizin uğurlarını eşitdikcə sevincimizin həddi-hüdudu olmur. Ailəmiz şanlı Azərbaycan Ordusunun tezliklə qələbə qazanacağına əmindir. Biz mütləq öz doğma torpaqlarımıza qayıdacağıq. Sizin rəhbərliyinizlə Azərbaycan Ermənistan üzərində zəfər çalacaq. İnşallah, o gün gələcək və bütün məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Allah Sizi və Ordumuzu Qorusun! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Moskva şəhərindən Yelena Fyodorova yazır: “Çox hörmətli cənab Prezident, icazə verin, hazırda baş verən faciəli hadisələrlə əlaqədar sizlərlə həmrəy olduğumu Azərbaycan xalqına və şəxsən Sizə bildirim. Sizin kimi mən də MDBMİ-nin məzunuyam. Sizi əmin edirəm ki, Rusiyanın düşünən beyinləri - ziyalılarının əksəriyyəti mənimlə eyni fikirdədir: burnunun ucundan uzağı görməyi bacarmayan erməni siyasətbazlarının cılız ambisiyaları ucbatından cavanların qanı tökülür, dinc sakinlər həlak olur. Ümid edirəm ki, Sizin siyasi müdrikliyiniz vəziyyətin daha da gərginləşməsinin qarşısını alacaqdır. Rəşadətli Azərbaycan xalqına səmimi qəlbdən qələbə və davamlı rifah arzulayıram!”.

Türkiyənin Sivas şəhərindən Dilara Altas: “Hörmətli cənab Prezident, mən Türkiyənin Sivas şəhərində yaşayıram. İnönü Universitetində “Orta əsrlər tarixi” üzrə doktorluq dərəcəsi ilə bağlı elmi araşdırma aparıram. Elmi işimin mövzusu Azərbaycan tarixi ilə bağlıdır. Türkiyə Respublikasının vətəndaşı olaraq Qarabağ problemi ilə bağlı atdığınız cəsarətli addımlara görə Sizə minnətdaram. Azərbaycanı Türkiyə qədər sevən, onlar arasında heç bir fərq qoymayan bir insan kimi Qarabağın müdafiəsi üçün əlimdən gələni etməyə hazıram. İngilis, fars və erməni dillərini bildiyim üçün tarixi mənbələri araşdırıb əldə etdiyim bilik və faktları böyük türk millətinə xidmət etmək üçün istifadə edirəm. Ona görə də bir tarixçi kimi Azərbaycana xidmət etməyə hazıram. Biz Sizinlə fəxr edirik. Azərbaycanın Türkiyə ilə birlikdə bölgənin ən güclü dövlətləri olmaq üçün göstərdiyiniz səylərə görə minnətdarıq”.

İstanbul şəhərindən Bayraməli Çakıroğlu: “Hörmətli Prezident, əziz oğlum, Sizə sevgilərimi və haqq işinizdə qələbələriniz üçün dua etdiyimi bildirmək istəyirəm. Tarix daim haqqın sonda qələbə çaldığının şahidi olur, biz də Sizin qələbələrinizin şahidi olacağıq. 87 yaşımda bu günləri görmək mənim üçün böyük səadətdir. Bu gün xalqınız Sizin ətrafınızda səfərbər olub. Bütün dünya müsəlmanlarının da duaları Sizinlədir, zəfəriniz üçündür. Allahın lütfü ilə qalib olar, torpaqlarınıza qovuşarsınız, İnşallah!”.

Van şəhərindən Görkem Büyükdağ: “Hörmətli Prezident, hamımız üçün dəyərli, böyük insan İlham Əliyev, mən Türkiyə Respublikasının vətəndaşıyam. Ermənistanın ölkənizə hücumunun qarşısını almaq üçün başladığınız əməliyyatları həyəcanla izləyir, Sizlər üçün dualar edirəm. Can dediyimiz, Vətən bildiyimiz Azərbaycan üçün əlimizdən gələni etməyə, əsgərlərinizlə çiyin-çiyinə dayanmağa hazıram. Zəfər xəbərlərini gözləyirik!”.

Kəlbəcər sakini Novruz Alışov: “Cənab Prezidentim, Siz Azərbaycan tarixinin ən şanlı zəfərinin banisi kimi böyükdən kiçiyə milyonların qəlbində taxt qurmuş bir qəhrəmansınız. İllər ərzində apardığınız uğurlu xarici siyasətiniz, qətiyyətli addımlarınız, möhkəm iradəniz nəinki düşməni, hətta onun havadarlarını belə susmağa məcbur edib. Azərbaycan xalqının 27 illik susqunluğunu haqq səsinizlə dünya ictimaiyyətinə çatdırdınız. İndi düşmən anlayır ki, ədalətin səsi yüksəlir, susmaq növbəsi onlardadır. İndi hər kəs anlayır ki, Qarabağ Azərbaycandır. Mən də bir şəhid qardaşıyam, məzarına belə həsrət qaldığım qardaşımın qisasının alındığını gördükcə sanki qəlbimdəki sönməyən alova su çilənir. Ümidvaram ki, neçə belə oğulların uğrunda şəhid olduğu Vətən torpağının hər bir qarışında Sizin rəhbərliyiniz altında şanlı bayrağımız dalğalanacaq. İgidlərin narahat ruhları rahatlıq tapacaq. Eşq olsun Azərbaycan əsgərinə! Eşq olsun məğrur Ali Baş Komandanımıza!”.

Goranboy sakini Taryel Abbasov: “Hörmətli cənab Ali Baş Komandan, Sizin rəhbərliyinizlə aparılan əks-hücum əməliyyatlarını xalqımız diqqətlə izləyir. Uşaqdan böyüyə bütün xalq Sizin üçün, Ordumuz üçün dualar edir. Azərbaycan xalqı daim Sizin yanınızdadır. Biz Goranboy ağsaqqalları Sizi Azərbaycan xalqının, millətinin qəhrəmanı olaraq görürük. Siz bu xalqın qəhrəmanına çevrilmisiniz. Siz, biz ahılları gələcək nəsillərin yanında başımızı uca etdiniz, inanırıq ki, yaxın günlərdə torpaqlarımızın bütövlüyünü, qələbə sevincini bizə yaşadacaqsınız. Bu dəqiqə Sizin necə gərgin rejimdə işlədiyinizi çox yaxşı bilirik. Allah Sizə və rəşadətli, qüdrətli Ordumuza dayaq olsun. Cənab Prezident, Siz tarix yazırsınız, min illər keçəcək, Sizin adınız ən görkəmli sərkərdələr, dünya liderləri sırasında daim çəkiləcək”.

Cəbrayıl sakini Mirislam Seyidzadə: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, hazırda mən və hərbçi yoldaşlarım Cəbrayıl rayonundayıq. İşğaldan azad olunan əraziləri gördükcə ürəyimiz açılır, Sizinlə fəxr edirik. Allahın köməyi ilə düşmənlərin hamısını məhv edəcəyik. Sizin kimi Prezidentimiz olduğu üçün qürurluyuq. Sizə öz adımdan və hərbçi yoldaşlarım adından təşəkkür edirəm”.

Füzuli sakini Sevda Hümbətova: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, bu günlər Azərbaycan xalqı Sizin rəhbərliyiniz və rəşadətli Ordumuzun iştirakı ilə şanlı tarix yazır. Bir müəllimə olaraq böyük qürur hissi keçirirəm ki, qüdrətli ölkəmizin əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar məhz Sizin adınızla bağlıdır. Sizdən əmr alan Azərbaycan Ordusu üzərinə düşən missiyanı və döyüş tapşırığını layiqincə icra edərək işğaldan azad olunmuş bir sıra torpaqlarımızda 30 ildən sonra üçrəngli bayrağımızı yenidən dalğalandırır. Biz öz Prezidentimizə inanır, ona arxalanır, onunla fəxr edirik. Qətiyyətli, cəsarətli və müdrik qərarları ilə milli maraqlarımızın müdafiəsində sonadək dayanan Prezidentimizin olması bizim böyük xoşbəxtliyimizdir. Cənab Prezident, bir daha Sizə, müzəffər Ordumuza və cəsur Azərbaycan əsgərinə minnətdaram. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Orxan Əzimov: “Hörmətli cənab Prezident, ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində yürütdüyünüz haqlı siyasət bütün xalqın ürəyincədir. Bu günləri, bu hissləri, bu birliyi Sizə görə yaşayırıq, cənab Prezident. Sizin bu istiqamətdə atdığınız hər bir addımı dəstəkləyir, daim arxanızda olduğumuzu bildirmək istəyirik. Sizə inanır və Sizinlə qürur duyuruq!”.

Ağcabədi sakini Rəhman Qurbanovun məktubunda deyilir: “Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə şanlı Ordumuzun qazandığı qələbələr bizdə qürur hissi doğurur. Nail olduğumuz bu zəfərlərə hər birimiz sevinirik. Biz fəxr edirik ki, bizim belə xilaskar Ordumuz və onun başında duran bacarıqlı Ali Baş Komandanımız var. Bütün bunlara görə Sizə “çox sağ olun” deyirik. Qüdrətli Ordumuzun müqavimətinə tab gətirə bilməyən erməni işğalçıları dinc əhalimizə atəş açır, bu da onların acizliyini göstərir. Biz də onların atəşindən qorxmuruq, Ordumuza da inanırıq. Bilirik ki, biz Qələbə çalacağıq. Bəzi ölkələrin rəhbərlərinin atəşkəsə çağırması bizim Prezidentimizi haqq yolundan döndərə bilməz. Cənab Ali Baş Komandan, tezliklə Azərbaycanın Milli Qəhrəmanı kimi Sizin Azadlıq Meydanında qələbə paradı keçirməyinizi arzu edirik”.

Füzuli sakini Amil Mirzəliyev dövlətimizin başçısına yazır: “Cənab Ali Baş Komandan, Füzuli şəhərinin faşist düşmənlərdən azad edilməsi ilə bağlı Sizin məlumatı sevinc gözyaşıları ilə dinlədim. Artıq mən məcburi köçkün deyiləm. Təşəkkürlər cənab Ali Baş Komandan! Təşəkkürlər rəşadətli Azərbaycan Ordusu! Təşəkkürlər- 27 ildən sonra Füzuli şəhərini bizə bəxş etdiyinizə görə! Təşəkkürlər bizi köçkün adından xilas etdiyinizə görə! Allah bu müqəddəs Vətən müharibəsində Sizə yar və yardımçı olsun. Allah Sizi xalqımızdan və Vətənimizdən əskik etməsin. Biz Sizinlə güclüyük, cənab Ali Baş Komandan. Biz azsaylı xoşbəxt xalqlardan biriyik ki, Sizin kimi böyük liderimiz var. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Kürdəmir sakini Ətraf Əlabbasov: “Cənab Ali Baş Komandan, Vətənimizin torpaqlarının azadlığı, Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu qələbə ilə irəliləyir, qalib gəlir. Bu münasibətlə Sizi və Azərbaycan Ordusunu, Azərbaycan xalqını, Qarabağ müharibəsi əlillərini, veteranlarını təbrik edirəm. Mənim tək bir övladım, oğlum Abdul sentyabrın 30-da orduya çağırılıb. Hazırda N saylı hərbi hissədə təlim keçir. Mən özüm SSRİ vaxtında Batumidə artilleriya üzrə ixtisaslaşmış hərbi hissədə xidmət etmişəm, topçuyam. 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin komandalığı altında hərbi səfərbərliklə orduya çağırılmışam. Füzuli və Ağdamda gedən döyüşlərdə iştirak etmişəm. Hazırda Vətənimizin Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmək arzusundayam. Mən Azərbaycan Ordusu ilə qürur duyuram. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Bakı şəhər sakini Qəzənfər Bayramov: “Hörmətli cənab Prezident, xarici ölkə vətəndaşı olmağıma baxmayaraq, hər an doğma torpağıma, yurduma xidmət etməyə canla-başla hazıram. Sizin əmriniz olacağı təqdirdə, təmənnasız olaraq Vətənimə xidmət etmək, torpaqlarımızı işğalçılardan azad etmək mənim üçün böyük şərəf olar. Ümummilli liderimiz Heydər Əliyev münaqişənin dinc yolla həll edilməsi üçün çox çalışdı. Lakin erməni qəsbkarları və onların havadarları öz işğalçılıq niyyətlərindən əl çəkmədilər. Yaxın tariximizi xatırlasaq aydın olar ki, hələ ötən əsrin 70-ci illərində Azərbaycanın rəhbəri Heydər Əliyev SSRİ rəhbərliyinə ermənilərin azğınlığı, terrorçu təşkilatlar yaratmaları barədə məlumat vermişdi. Mən özüm isə 1975-1977-ci illər arasında erməni terrorçularının Moskva şəhərində törətdikləri terror aktlarının yaxından öyrənilməsi üçün Rusiyanın əlaqədar qurumlarına müraciət etmişdim.

Erməni iddiaları torpaqlarımızın zəbt olunması ilə nəticələndi. Lakin bütün azərbaycanlılar kimi, mən də əminəm ki, Azərbaycan haqq və ədalət mübarizəsində qalib gələcək. Mən ön cəbhəyə gedərək, terrorçulara - erməni faşistlərinə qarşı vuruşmağa hər an hazıram. Torpaqlarımız azad edildikdən sonra Qarabağda bərpa və quruculuq işlərində yaxından iştirak etmək arzusundayam. Sizinlə fəxr edirik! Yaşasın xalqımız, yaşasın Ordumuz!”.

Bərdə sakini Asif Əliyev yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, şanlı Ordumuzun Azərbaycanın işğal altındakı torpaqları azad etməsi münasibətilə Sizi təbrik edir, Ordumuza uğurlar arzulayıram. Bu gün bütün Azərbaycan əhalisinin bir devizi var: "Hər şey cəbhə üçün, hər şey qələbə üçün". Otuz illik atəşkəs rejimindən yararlanaraq qüdrətli ordu yaratmısınız və bu gün biz öz sözümüzü və şərtlərimizi diktə edirik. Hərbi uğurlarla yanaşı, siyasi uğurlarımız da davam edir. İnşallah, Azərbaycan xalqının sülhsevər olduğunu, öz torpaqlarını qorumağı bacardığını bütün dünyaya göstərəcəksiniz. Ulu öndərimiz Heydər Əliyev nahaq yerə deməmişdir ki, Azərbaycan dünyaya bir Günəş kimi doğacaq. Qarabağ Azərbaycandır!”.

Mingəçevir şəhərindən Vaqif Hüseynov yazır: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin erməni işğalçılarının təxribatlarının qarşısının alınması üçün əks-hücum əməliyyatlarının keçirilməsi ilə bağlı verdiyiniz əmr məni və xalqımızı hədsiz sevindirdi. Çünki bu əmri biz çoxdan gözləyirdik. Bu yerdə atalar sözü yada düşür: “Gec olsun, yaxşı olsun”. Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun apardığı dəqiq və yüksək hərbi əməliyyatlar nəticəsində erməni işğalçılarının çox sayda canlı qüvvəsi və hərbi texnikaları məhv edildi və bir çox ərazilərimiz işğaldan azad edildi. Hamımıza məlumdur ki, bizim Prezidentimiz yüksək idarəçilik və diplomatiya qabiliyyətinə, səmimi, savadlı, zəngin dünyagörüşünə, həmçinin bütün dünyada böyük nüfuza malik bir dövlət başçısıdır. Sizin çıxışlarınızı dinləyərkən uşaqdan-böyüyə hər bir kəs qürur hissi keçirərək, gələcəyə daha da inamla baxır. Amma Paşinyanın baş nazir olmasına baxmayaraq, danışıq və idarəçilik qabiliyyətinin olmaması Ermənistanı acınacaqlı vəziyyətə salıb. Erməni xalqı artıq ona inamını itirib. Azğınlaşmış ermənilərin dinc əhalimizin yaşadıqları ərazilərə, hətta müharibə zonasından kənarda olan şəhərlərimizə raketlər atması onların vəhşiliyinin sübutudur. Dünya ictimaiyyəti onların bu vəhşiliyinə qarşı səssiz qalsalar da, bizim Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli Ordumuz onların layiqli cavabını verir. Cənab Prezident biz bilirik ki, Siz var gücünüzü xalqımızın və torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsinə sərf edirsiniz. Sizə bu çətin və şərəfli işinizdə uğurlar arzu edirik. Tanrı Sizi qorusun! Yaşasın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev! Yaşasın Azərbaycan Respublikası! Yaşasın Azərbaycan Respublikasının Silahlı Qüvvələri! Qarabağ Azərbaycandır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi

Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Bu saata olan əsas xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib

Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Aİ Ukraynaya 2,8 milyard avroluq yeddinci maliyyə tranşının ayrılmasını təsdiqləyib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir

Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Sea Breeze Marina” mövsümü reqata və digər su idmanı növləri ilə açıb

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib VİDEO

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Türkiyədən qardaş Azərbaycana daha bir bayram təbriki

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

Bu saata olan əsas xəbərlər

Şimali Kipr XİN: Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın gücü durmadan artır

Zaur Cəfərov pauerliftinq üzrə Avropa çempionatına baş hakim təyin olunub

Bişkekdə 28 May – Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və sevincini ürəkdən paylaşırıq

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Zati-aliləri cənab Abiy Əhməd Əliyə

Agentlik: Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 10600-dək şəxsin məşğulluğu təmin edilib

Serdar Ünsal: Müstəqillik məşəli Azərbaycanın gənc nəsli üçün ilham mənbəyidir

Çində avtomobil qəzasında 13 nəfər ölüb

Premyer Liqada çıxış etmək uğrunda pley-off oyunu: "Qəbələ" "Mingəçevir"ə qarşı

Dunay çayının sahilində Müstəqillik Gününə həsr olunmuş tədbir

Naxçıvan şəhərində fermer və sahibkarların elektrik enerjisinin verilişi ilə bağlı müraciətləri dinlənilib