Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətəndaşlar “Azərpoçt”un adından göndərilən saxta mesajlara necə aldanır? – ŞƏRH

Vətəndaşlar “Azərpoçt”un adından göndərilən saxta mesajlara necə aldanır? –  ŞƏRH

Bakı, 27 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

Son günlər sosial şəbəkədə yeni fırıldaqçılıq növü ilə bağlı paylaşımlar artıb. Belə ki, onlayn alış-veriş edən şəxslər ünvan qeyd etsələr də, müxtəlif problemlər yaşadıqlarını deyirlər. Sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, bağlamalarla bağlı hər hansı problemi dəqiqləşdirmək üçün əlaqə saxlanılanda telefon nömrəsi ilə yanaşı FİN kodu da tələb edilib. Daha sonra isə göndərilmiş linkə keçid etmələri və fərdi məlumatlarını daxil etmələri tələb olunur. Əslində isə vətəndaşın heç bir poçt bağlaması olmur və vətəndaş maraq göstərib göndərilən linkə keçid etdikdə, artıq kiberdələduzların aldatma prosesi başlayır.

AZƏRTAC vətəndaşlarımızın kiberdələduzların qurbanı olmaması üçün hansı qabaqlayıcı addımlar atmasının vacibliyini qurumlardan öyrənib.

“Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova bildirib ki, ötən ilin dekabr ayında “Azərpoçt”un 169 Çağrı Mərkəzinə belə hallarla bağlı 2000-dən çox zəng daxil olub.

“Təəssüflə bildiririk ki, 2023-cü il ərzində kiberdələduzlar “Azərpoçt” müştərilərini, eləcə də digər vətəndaşları hədəf alaraq, onlara kütləvi şəkildə saxta mesajlar göndərib. Biz qurum olaraq, bu halları araşdıranda onu da müşahidə etdik ki, kiberdələduzlar nəinki “Azərpoçt”, eləcə də digər bankların adından da istifadə edərək, insanları aldadırlar. Bəzi hallarda vətəndaşlarda belə təəssürat yaranır ki, kiberdələduzlar qeyd edilən məlumatları qurumun hər hansısa bir məlumat bazasından əldə edir. “Azərpoçt” olaraq müştərilərimizi əmin edirik ki, məlumat bazamız tam təhlükəsiz şəkildə qorunur və fərdi məlumatlarının mühafizəsi üçün mütəmadi olaraq hüquqi, texniki və təşkilati tədbirlər həyata keçirilir. Əgər belə olmasa, bu mesajlar yalnız “Azərpoçt” müştərilərinə göndərilərdi. Amma fakt budur ki, aldadıcı mesajlar bizim xidmətlərimizdən heç bir halda faydalanmayan digər vətəndaşlara da çatır”, - deyə şöbə müdiri vurğulayıb.

Afaq İbrahimova vətəndaşların bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməməsi üçün məlumatlandırma işlərinin aparıldığını, ötən ilin sonunda 50-dən çox xəbər saytlarında məlumatlar yayıldığını, eləcə də sosial media hesablarında mütəmadi informativ paylaşımlar edildiyini, belə hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına da müraciət edə biləcəklərini qeyd edib: ““Azərpoçt” olaraq, bir daha vətəndaşlardan qurumla bağlı şübhəli mesaj və bildirişlər aldıqda, keçidlərə daxil olmamağı, fərdi məlumatları təqdim etməməyi, dərhal 169 - Çağı Mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmalarını tövsiyə edirik”.

Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə “Azərpoçt” MMC adından dələduzluq hallarının davam etdiyini təsdiqləyib. Belə ki, kiberdələduzlar vətəndaşlara saxta mesajlar göndərərək, onları şübhəli və saxta keçidlərə yönləndirirlər.

“Qeyd olunan mesajlarda vətəndaşların bağlamalarının çatdırılması üçün ünvan məlumatlarını qeyd etmək tələb olunur. Keçidə daxil olduqdan sonra vətəndaşdan fərdi və bank kartı məlumatları tələb edən veb-səhifə açılır. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tanımadıqları mənbədən göndərilən mesajların tərkibindəki keçidlərə daxil olmamağa, bank kartı və digər fərdi məlumatlarını şübhəli keçidlər vasitəsilə qarşı tərəfə ötürməməyə çağırır. Belə mesajlar aldıqda vətəndaş “Azərpoçt”dan bağlamanın həqiqətən sifariş olunub-olunmadığını müəyyənləşdirməli, “Azərpoçt” MMC-nin adından vətəndaşlara göndərilən mesajların dəqiq olub-olmamasını yoxlamaq üçün birbaşa qurumun özü ilə əlaqə saxlamalıdır. Həmçinin mesajların hansı mənbələrdən daxil olduğuna diqqət yetirmək vacibdir. Bu tip mesajlar daha çox xarici nömrələrdən və ya vətəndaşların tanımadıqları mənbələrdən göndərilir. Saxta mesajların tərkibindəki məzmun əksər hallarda düzgün tərtib olunmur, sözlərin bir-biri ilə məntiqi əlaqəsi olmur. Vətəndaşlar onlara mesajda təqdim olunan keçidin “URL”nin doğruluğunu da mütləq yoxlamalıdır”, - deyə ETX-nin nümayəndəsi açıqlama verib.

“Azərpoçt” MMC və Elektron Təhlükəsizlik Xidməti kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara diqqətli olmağı, tanımadığı şəxslərdən, eləcə də müxtəlif mənbələrdən gələn bildirişlərdə göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən - “Azərpoçt”un 169 - Çağrı Mərkəzi və ETX-nin qaynar xətti - “1654”, eləcə də hər iki qurumun rəsmi feysbuk hesabına bildirməyi tövsiyə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib