Vətəndaşlar miqrasiya məsələləri barədə maarifləndiriliblər
Bakı, 30 may, AZƏRTAC
Şirvan, Ağsu və Yevlax regional miqrasiya idarələri tərəfindən Sabirabad, Qobustan və Tərtərdə maarifləndirmə tədbirləri keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Miqrasiya Xidmətinin mətbuat mərkəzindən bildirilib.
Tədbirlər “Dövlət Miqrasiya Xidməti tərəfindən “ASAN xidmət” mərkəzlərində əcnəbi və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin növləri, qanunsuz miqrasiya və insan alverinə qarşı mübarizə”, “Vətəndaşsızlıq hallarının aradan qaldırılması və miqrasiya qanunvericiliyi” və “Azərbaycan Respublikasında qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlıq hallarının aradan qaldırılması" mövzularına həsr olunub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.