“Vikipediya”da aqrar mövzularda məqalələr zənginləşdiriləcək
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən təşkil edilən onlayn “Vikipediya” təlimlərinə qoşulacaqlar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tələbələrdən ibarət könüllü komanda yaradılıb və mayın 20-dən onlayn təlimlərə start veriləcək.
Təlimlərin keçirilməsində məqsəd “Vikipediya”nın Azərbaycan dili bölməsində aqrar mövzularda məqalələr yaradılması və əsaslı redaktələr aparılması, bu sahədə məlumat bazasını zənginləşdirməkdir.
Könüllü komanda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərovun təşkilati dəstəyilə yaradılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]