Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycan yeni reallıqlar fonunda regionun mənzərəsini dəyişdi

Vüqar Rəhimzadə: Azərbaycan yeni reallıqlar fonunda regionun mənzərəsini dəyişdi

Soçi və Brüssel görüşlərində əldə edilmiş razılaşmaların 2022-ci ildə reallaşacağına ciddi əsaslar var

Bakı, 11 yanvar, AZƏRTAC

Tarixi Zəfərimiz Azərbaycanın qarşısında bütün sahələr üzrə geniş imkanlar açdı. Amma nəzərə alsaq ki, 30 il işğal dövründə haqlı tərəf olsaq da dünyanın ikili standartlara əsaslanan siyasətinə əsasən ölkəmizə qarşı bəzi dövlətlər tərəfindən qərəzli münasibətlər mövcud idi, bu halda son bir ildən artıq dövr ərzində bu yanaşmalarda nə kimi dəyişikliklərin baş verdiyi daha çox diqqət çəkir. Reallıq budur ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı Zəfəri ilə ilk növbədə dünyaya bu çağırışı etdi ki, bütün münaqişəli məsələlərin həllinin əsasında ədalət və hüquq amilləri dayanmalıdır. Amma illərdir bu prinsiplərin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərin meydana çıxmasına, dünyada bir etimadsızlıq mühitinin yaranmasına səbəb olub. Çünki BMT qətnamələri dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında qeyd olunduğu kimi, bəzi hallarda 1-2 saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 30 il gözlədik. Amma Azərbaycan bu illər ərzində sadəcə gözləmədi. Həm iqtisadi qüdrətini artırdı, həm ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafına, həqiqətlərimizin təbliğinə nail oldu, həm də münaqişənin həlli üçün möhkəm hüquqi bazanın formalaşmasını təmin etdi. Azərbaycanın döyüş meydanında və informasiya cəbhəsində üstünlüyü Ermənistanın və ona havadarlıq edən dövlətlərin 30 ilə yaxın dövrdə hazırladıqları planları, xəyalları alt-üst etdi. Yeni reallıqlar fonunda regionun və dünyanın mənzərəsi dəyişdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan bütün dövrlərdə dünyaya birlik, həmrəylik çağırışlarını edib. Bir faktı qeyd etmək istərdik ki, 2021-ci ilin mayında Şuşanın Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçiriləndə ölkəmizdə dostluq, qardaşlıq mühitində yaşayan xalqların, millətlərin musiqi yaradıcılığı dünyaya nümayiş olundu. Bu, Azərbaycanın tolerantlığının, multikultural dəyərlərin inkişafına verdiyi töhfələrin təqdimatı idi. Bu məqamı da qeyd edək ki, 2021-ci ildə Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Dövlətlər Təşkilatı) sədrlik müddəti başa çatdı və təşkilata sədrlik dost, qardaş Türkiyəyə təhvil verildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən ilin noyabrında torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi, möhkəmlənməsi işinə töhfələrinə görə Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Dövlətimizin başçısı daim bütün türk dünyasını birliyə, həmrəyliyə səsləyərək bu çağırışı da edirdi ki, bir dövlətin problemi digərinin problemi kimi qəbul olunmalı, onun həlli istiqamətində əməli fəaliyyət göstərilməlidir. İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının fonunda bütün türk dünyasının həmrəyliyinin şahidi oldu. Türk Dövlətləri Təşkilatının istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana dəstəyi, dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün hər zaman dəstək göstərməyə hazır olduqlarını bildirmələri də bu birlikdən qaynaqlanır.

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına sədrliyi ilə dünyada ədalətin və hüququn bərpası istiqamətində uğurlu addımlar atıldığını və bunun nəticəsi olaraq quruma üzv dövlətlərin qəbul etdiyi qərara uyğun olaraq ölkəmizin sədrlik müddətinin daha bir il uzadılmasından bəhs edib. Deyib ki, Azərbaycana beynəlxalq dəstək yüksək səviyyədədir. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Bu, ölkəmizin bu gününə və gələcəyinə inamı aydın ifadəsi idi. 155 ölkənin dəstəyini qazanmaq böyük uğurdur. Tarixi Zəfərimiz bu inam və etimadın artmasında xüsusi əhəmiyyət kəsb edir. 2021-ci ilin Moskva, Soçi və Brüssel görüşləri bunu bir daha təsdiqlədi. Avropa İttifaqının “Şərq tərəfdaşlığı”nın VI Sammiti də bu kimi məqamların təqdimatında mühüm rol oynadı. Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, NATO ilə əlaqələri yüksələn xətlə inkişaf edir. 2018-ci ildə ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” münasibətlərin hazırkı və gələcək inkişafına işıq salır. Bu məqamı da qeyd edək ki, NATO-nun son Zirvə görüşlərində, sammitlərində Azərbaycanın ədalətli mövqeyinə dəstək özünü qabarıq şəkildə büruzə verirdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi və rolu NATO-Azərbaycan münasibətlərinin inkişafında da özünü təsdiqləyir. Hər iki qurum- Avropa İttifaqı və NATO regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünün təşkil olunması da bunun bariz nümunəsidir.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda öz mövqeyini daha da gücləndirməklə postmünaqişə dövrünün reallıqlarının bütün dünya tərəfindən qəbuluna nail olur. “Bütün dövrlər üçün aktuallığını itirməyən və dünyanın beynəlxalq münasibətlərdə qəbul etdiyi güc və hüquq amilləri 44 günlük Vətən müharibəsində bir daha öz təsdiqini tapdı. Baxmayaraq ki, dünyanın bəzi dövlətləri beynəlxalq hüququn deyil, daha çox güc amilinin işlək mexanizmə çevrilməsində maraqlı idi. Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan belə bir yanaşmaların hökm sürdüyü illərdə belə öz mövqeyindən bir addım da belə geri çəkilmədi, əksinə daha da gücləndi, BMT qətnamələrini təkbaşına icra etdi və sahibi olduğu torpaqları geri aldı. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən qonşu dövlətlərlə əlaqələrə diqqəti yönəldərkən bu fikri xüsusi qeyd etmişdir ki, qonşular haqqında danışanda Ermənistanı heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etməyib. Bu gün də daxil etmir. Amma bu inamı ifadə edir ki, nə vaxtsa Ermənistanla qonşuluq əlaqələrimiz qurulacaq. İkinci Qarabağ münaqişəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Ölkə Prezidenti bu əminliyi də ifadə edir ki, Soçi və Brüssel görüşlərində əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaq”, - deyə o bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, 2021-ci ilin uğurlu nəticələri və 2022-ci ilin hədəfləri bu ilin də tarixə mühüm hadisələrlə zəngin il kimi yazılacağına böyük əminlik yaradır. “Şuşa İli” həm Böyük Qayıdışın başlanması, həm də dünyaya Azərbaycan xalqının öz torpaqlarının sahibi olduğunun sübutudur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH