Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Şuşa nüfuzlu beynəlxalq təşkilatların əsas ünvanına, regionun diplomatik paytaxtına çevrilir

Vüqar Rəhimzadə: Şuşa nüfuzlu beynəlxalq təşkilatların əsas ünvanına, regionun diplomatik paytaxtına çevrilir

Bakı, 29 aprel, AZƏRTAC

Qarabağın tacı, işğaldan azad edilməsi ilə dastan yazan, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsi dövründə səsləndirdiyi “Şuşasız bizim işimiz yarımçıq olar” fikirləri əsasında hər bir azərbaycanlı üçün önəmi aydın ifadə edilən Şuşa bir ildən artıqdır ki, azaddır. Bu qısa müddətdə mədəniyyət paytaxtımız sürətlə dirçəldilir, qonaqlarını qarşılayaraq işğal dövründə nə qədər sındırılsa da əyilməməsindən, milli qürurumuzu qorumasından fəxr hissi ilə bəhs edir. Bütün bunlarla bir daha Azərbaycanın əzəli torpağı olduğunu dünyaya nümayiş etdirir. 28 illik işğal dövründə Şuşanın ona məxsus olduğunu iddia edən Ermənistan mədəni və dini abidələrimizi yerlə-yeksan etməklə nə qədər tarixi silməyə çalışsa da, bunun mümkünsüzlüyünün fərqində idi. Ən əsası, dünya hərb tarixində bənzəri olmayan Şuşa əməliyyatından sonra kapitulyasiya aktına imza atan Ermənistan tarixi silməyin mümkünsüzlüyünü, Azərbaycan xalqının tarixinə sahib çıxan, yenilməz, məğrur xalq olduğunu bir daha dərk etdi. Şuşa bu gün müxtəlif beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi, sənədlərin imzalanmasına şahidlik etməklə təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının mədəniyyət paytaxtı olduğunu sübuta yetirir. Eyni zamanda, böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, Şuşa regionun diplomatik paytaxtına çevrilib. Ötən il iyunun 15-də - Milli Qurtuluş Günündə iki dost, qardaş ölkənin - Azərbaycan və Türkiyənin müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik edən Şuşa bu ilin martında Azərbaycan-BMT əlaqələrinin 30 illiyinə həsr olunan tədbirə ev sahibliyi etdi. Bunun ardınca aprelin 22-də dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımız Şuşada Zəfər Qurultayına toplaşdılar. Aprelin 28-də isə mədəniyyət paytaxtımız Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq foruma ev sahibliyi etdi. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin iştirak etdikləri forumun əhəmiyyəti həm müzakirə edilən mövzu, həm keçirildiyi məkan, ən əsası Azərbaycanın hazırda regionda və dünyada roluna aydınlıq gətirməsi baxımından diqqətçəkəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, beynəlxalq forumun iştirakçıları Şuşanın quruculuq və bərpası ilə bağlı “Şuşa - dirçəlişə gedən yol”, postmünaqişə dövrünə dair “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzuları ətrafında müzakirələr aparıblar. Şübhəsiz ki, 20 ölkəni təmsil edən 50-yə yaxın beyin mərkəzlərinin nümayəndələrinin Şuşada belə aktual mövzuları müzakirə etmələri özündə böyük bir mənanı ehtiva edir. Bu baxımdan ki, hər bir iştirakçı ölkəsinin təmsilçisi olmaqla yanaşı, Azərbaycan həqiqətlərinin də təbliğatçısına çevrilir. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Aprelin 28-də mədəniyyət paytaxtımızda işinə başlayan və aprelin 29-da Bakıda davam edən beynəlxalq forumun ideyası ötən ilin aprelində Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda yaranıb. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq Forumun keçirilməsini təklif etmiş və dövlətimizin başçısı İlham Əliyev bu təklifi müsbət qiymətləndirmişdi. Aprelin 29-da ADA Universitetində keçirilən beynəlxalq konfransdakı nitqində Prezident İlham Əliyev bu fikri xüsusi qeyd etdi ki, bu cür ənənəvi görüşlər planlarımızı və məqsədlərimizi, görülən işləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından çox əhəmiyyətlidir. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimizdə, kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib. Bütün şəhər və kəndlərimiz vəhşicəsinə dağıdılıb.

Təbii ki, bu ağrılara, ermənilərin vəhşiliklərinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşmasından sonra açılan yeni səhifə yeni reallıqları diktə edir. Azərbaycanın bu reallıqların dünyada qəbulu istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. Sülh gündəliyi günümüzün əsas müzakirə mövzusudur. Bu gündəliyin müəllifi olaraq Azərbaycanın mövqeyi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına yönələn səylər təqdir edilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin Brüsseldə iki dəfə bir araya gəlmələri, sonuncu görüşün nəticələrində ölkəmizin mövqeyinin dəstəklənməsi, Ermənistanın təklif olunan 5 prinsipi qəbul etməsi, ərazi bütövlüyümüzü dəstəkləməsi də deyilənlərin təsdiqidir. Dünyanın aparıcı dövlətlərinin rəsmilərinin Prezident İlham Əliyevə ünvanladıqları məktublarda, etdikləri telefon zənglərində, həmçinin həmin dövlətlərin, təşkilatların nümayəndə heyətlərinin ölkəmizə səfərləri zamanı keçirilən qəbullarda Azərbaycanın dünyaya səs salan tarixi Zəfərinin region və dünya siyasətində yol açdığı dəyişikliklər, yeniliklər xüsusi qeyd olunur. Yeni əməkdaşlıq formatları yaradılır. Zəngəzur dəhlizinin açılması, kommunikasiyaların bərpası, avtomobil və dəmir yollarının çəkilişi, iqtisadi əlaqələrin qurulması məsələlərinin müzakirəsi və sair kimi mühüm məqamlar regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz maliyyəsi hesabına, həmçinin digər aparıcı beynəlxalq təşkilatların dəstəyi ilə genişmiqyaslı infrastruktur layihələri icra edir.

“Qeyd etdiyimiz kimi, Şuşanın BMT və digər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların iflası deməkdir”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısının nitqində qeyd olunduğu kimi, Azərbaycan Qafqazda yeni dövrü - sülh və əməkdaşlıq dövrünü aktiv şəkildə təşviq edir. Qarşıda duran ən mühüm məsələlərdən biri beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində yeni reallıqları daha da gücləndirməkdən, regionla bağlı strategiyanı təqdim etməkdən ibarətdir. Söz yox ki, belə tədbirlərin azad Qarabağımızda, azad Şuşamızda keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa öz töhfəsini verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH