Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Tarixi Zəfərimiz erməni mifologiyasını tamamilə məhv etdi

Vüqar Rəhimzadə: Tarixi Zəfərimiz erməni mifologiyasını tamamilə məhv etdi

Bakı, 18 avqust, AZƏRTAC

Azərbaycan xalqı 30 ilə yaxın işğal olunmuş torpaqlarımızın həsrəti ilə yaşadı. Dövlətimiz bu illər ərzində hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdıraraq məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh və danışıqlar yolu ilə həllinə səy göstərsə də, işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti hər hansı bir müsbət nəticənin əldə olunmasına imkan vermədi. Ermənistanın növbəti hərbi təxribatları ilə başlanan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi isə problemi kökündən həll edərək 30 ilin ədalətsizliyinə son qoydu, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Şübhə yoxdur ki, İkinci Qarabağ müharibəsi böyük Zəfərimiz kimi tarixdə əbədi qalacaq. Azərbaycanın şanlı Qələbəsi, Ermənistanın biabırçı kapitulyasiyası nəticəsində Kəlbəcər, Laçın və Ağdam rayonlarının hərbi əməliyyatlar aparılmadan işğalçılardan azad edilməsi isə müharibələr tarixində çox az təsadüf olunan unikal hadisələrdən biri kimi dünya tarixində yer alacaq.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

V.Rəhimzadə diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfərləri çərçivəsində Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində Müzəffər Ali Baş Komandan bir daha döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusunun rəşadətindən geniş bəhs edərək bildirib ki, addımlarımızı elə atırdıq ki, bütün torpaqlar azad edilsin. Çünki Ermənistanın məqsədi zəbt edilmiş bütün torpaqları əbədi işğal altında saxlamaq idi. Hesab edirdilər ki, bu siyasət onlara xeyir gətirəcək. Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etməyəcək. Ancaq bilmirdilər bütün Azərbaycan xalqı bir amalla yaşayır ki, işğala son qoyulsun, düşmən torpaqlarımızdan qovulsun və biz öz dədə-baba torpaqlarımıza qayıdaq və qayıtdıq. Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!

Baş redaktor bildirib ki, dövlətimizin başçısının “Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” bəyanatı Ermənistana, ona havadarlıq edən dövlətlərə, işğalçı ölkədə baş qaldıran revanşist qüvvələrə ciddi mesajdır. Azərbaycan Prezidentinin nitqi qalib ordunun Ali Baş Komandanının çıxışı olmaqla yanaşı, həm də hazırkı hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi, Ermənistana və onun havadarlarına hədəfli mesajların ünvanlandırılması, əldə olunmuş uğurlu nəticələri və böyük perspektivləri özündə ehtiva etməsi ilə diqqət mərkəzindədir. Kəlbəcər, Laçın və Ağdam rayonlarının genişmiqyaslı döyüşlər, çoxsaylı itki olmadan azad edilməsi ölkə Prezidentinin diplomatik məharətinin, Azərbaycan Ordusunun gücünün, uğurlu hərbi əməliyyatlarının nəticəsidir.

V.Rəhimzadə qeyd edib ki, Kəlbəcər hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, burada müharibənin taleyini həll edən döyüşlər olub. Belə ki, müharibənin ilk günlərində Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması düşmənin hərəkətlərini məhdudlaşdırıb və onların Basarkeçər-Kəlbəcər yolundan istifadə etməsinə imkan verməyib. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyatlar müharibənin taleyinin həll olunmasında böyük əhəmiyyət kəsb edib. Bir sözlə, İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizdir. Dövlətimizin başçısı “Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmayıb” fikirlərini tarixə ekskurs edərək söyləyib, Zəfərimizi son əsrlər torpaqlarını itirə-itirə gələn Azərbaycanın tarixində, İslam aləmində dönüş nöqtəsi olması kontekstində diqqətə çatdırıb. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var. Dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda Vətən müharibəsi və ondan əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumatlar verilməlidir ki, gələcək nəsillər erməni vəhşiliyini unutmasınlar.

“Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı” söyləyən baş redaktor bildirib ki, 44 gün davam edən əks-əməliyyatlar nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Laçının, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun… 300-ə yaxın kəndin, strateji yüksəkliklərin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaradan rəşadətli Azərbaycan Ordusunun uğurları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. Döyüş əməliyyatlarında ordumuzun ən müasir hərbi texnika və avadanlıqlarla təchiz olunması Qələbənin başlıca amilləri olmaqla Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilsə də, icra mexanizmi “unudulan” qətnamələrin yerinə yetirilməsini reallaşdırdı. Prezident İlham Əliyev məlum nitqində bu məqamlara xüsusi diqqət yönəldir.

V.Rəhimzadə bildirib ki, ordumuzun hərbi əməliyyatlar nəticəsində qazandığı uğurlar faşist xislətli Ermənistanın son iki əsrdə azərbaycanlılara qarşı apardığı soyqırımlara, siyasi, hərbi, ekoloji terrorlara cavabdır. Bu müharibə, eyni zamanda, erməni mifologiyasının tamamilə məhv olması deməkdir. Çünki otuz il ərzində ermənilər bir neçə mif uydurmuşdular ki, onların ordusu “yenilməz ordu”dur və onların ordusu bu torpaqları əbədi işğal altında saxlaya bilər. Azərbaycan xalqı öz torpaqlarını müharibə yolu ilə azad edə bilməz. Azərbaycan Ordusu tarixi Qələbə ilə bu mifləri darmadağın etdi. “Yenilməz erməni ordusu” yalnız ermənilərin xəyallarında reallaşa bilər. 44 günlük Vətən müharibəsində erməni ordusunun silah-sursatlarının mütləq əksəriyyəti məhv edildi, ya da ki, qənimət kimi götürüldü. Həmin hərbi texnika, silah-sursat tarixi Qələbəmizin dünyaya təqdimatı olan Zəfər paradında nümayiş etdirilməklə yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə açıq səma altında yaradılan Hərbi Qənimətlər Parkında da ziyarətçilərə nümayiş etdirilir.

Baş redaktor onu da vurğulayıb ki, işğaldan azad edilən Azərbaycan torpaqlarında ermənilərin törətdikləri barbarlıqları, vəhşilikləri, mülki əhaliyə qarşı qəddarlığı görən dünya ictimaiyyəti də təsdiqləyir ki, başqalarına nifrət hissi Ermənistanda olduğu kimi heç bir dövlətdə, millətdə yoxdur. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində müzəffər Azərbaycan xalqı, qalib Milli Ordumuz düşmənə heç vaxt unutmayacağı zərbə vurdu. Qarabağ bizimdir. Qarabağ Vətəni uğrunda döyüşən, şəhid olan hər bir azərbaycanlınındır.

Vüqar Rəhimzadə diqqəti Azərbaycan Prezidentinin nitqində yer alan bu məqama da yönəldərək bildirib ki, Şuşa və Laçının işğal altına düşməsi AXC-Müsavat cütlüyünün xəyanəti, satqınlığıdır. “Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı. Kəlbəcər 1993-cü ilin aprelində işğal olundu. Onların xəyanətkar, satqın, antimilli hakimiyyəti Kəlbəcərin işğalını şərtləndirdi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə yaşananlar yaddaşlardadır. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması pik həddə çatmışdı. Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalını sürətləndirirdi. Ölkə Prezidentinin qeyd etdiyi kimi, torpaqlar işğal altına düşürdü, onlar isə öz laxlamış hakimiyyətlərini qorumaq üçün Gəncəni bombalayırdılar.”

Baş redaktor daha sonra qeyd edib ki, müstəqilliyimizin ilk illəri çağdaş tariximizə faciələrlə dolu dövr, qara səhifə kimi yazılsa da, 1993-cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan dövr Azərbaycana tarixi Zəfəri yaşatdı. Bu gün bu Qələbəmiz yeni reallıqlar yaratmaqla ölkəmizin qarşısında geniş imkanlar açır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür