Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Yeni dövrün yeni hədəfləri qarşıdakı illərin ümumi mənzərəsini təqdim edir

Vüqar Rəhimzadə: Yeni dövrün yeni hədəfləri qarşıdakı illərin ümumi mənzərəsini təqdim edir

Bakı, 11 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi bu gün ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Üç saata yaxın davam edən və 20-dək istiqamət üzrə sualların cavablandırıldığı müsahibə dövlət başçısı İlham Əliyevin mediaya açıqlığını bir daha təsdiqlədi. Bu, eyni zamanda, Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun nadir formasıdır. Bu kontekstdə 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Prezident İlham Əliyevin 30-dan artıq xarici mətbuata müsahibəsini xatırlatmaq istərdik. Dövlətimizin başçısının hər bir müsahibəsi dünənimizə baxış əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı oldu. Ümumilikdə bu müsahibələr beynəlxalq ictimaiyyət üçün Azərbaycan haqqında daha dolğun məlumatların əldə olunmasında zəngin mənbədir. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin hər Yeni ilin ilk ayında yerli televiziya kanallarına müsahibə verməsi artıq ənənə halını alıb. Bu müsahibələrdə əvvəlki il ərzində ayrı-ayrı sahələrdə qazanılan uğurlar geniş təhlil olunur, hədəflər və onlara nail olmaq üçün mexanizmlər açıqlanır.

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı son 20 ildə Azərbaycanın haradan hara gəlib çıxdığını açıqlayarkən bu dövrün 1993-cü ildən başlandığını xüsusi qeyd etdi. Həmin ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitlik və sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru böyük inamla addımladı. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl Azərbaycanın 2003-cü ildən başlanan yeni dövrünün daha möhtəşəm uğurlarla zənginləşməsində əhəmiyyətli rol oynadı.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin müsahibədə böyük qürur hissi ilə qeyd etdiyi “Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır” fikri tarixi Zəfərimizdən ötən üç ildə keçilən yolun ümumiləşdirilmiş ifadəsidir. Bəli, həqiqətən də artıq ölkəmizin həyatında yeni dövr başlayır. Təbii ki, yeni dövrün yeni hədəfləri vardır. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik. Çünki o hədəflər artıq əldə edildi. İndi bəzi ölkələr var ki, öz tarixi keçmişini, tarixi uğurları illər boyunca, onilliklər ərzində istismar edirlər. Halbuki onların özlərinin o zəfərlərə heç bir aidiyyəti yoxdur. Biz o ölkələrdən olmaq istəmirik. Biz nə etmişiksə etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Ancaq bu tarixi Zəfəri də bundan sonra daim istismar etmək düzgün olmaz.

Prezident İlham Əliyev daim çıxışlarında bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Zamanı qabaqlamaq əsas hədəfimiz olmalıdır. Bu baxımdan tarixi Zəfərə imza atanda xalqımız tam əmin idi ki, işlərimiz yarımçıq qalmayacaq. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanacaq. Azərbaycan bu hədəfə sülh yolu ilə nail olmaq üçün səylər göstərdi. Lakin Ermənistan 30 illik işğal dövründəki çirkin niyyətlərini davam etdirərək üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, hərbi təxribatlarına ara vermədi. Vəziyyətin bu şəkildə davamı Azərbaycanın lokal antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Sentyabrın 20-si çoxəsrlik tariximizə suverenliyimizin tam təmin olunduğu, Azərbaycanın həyatında yeni mərhələnin başlandığı dövr kimi yazıldı.

Baş redaktor qeyd edib ki, yeni dövr ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsini bir zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyev müsahibəsində növbədənkənar prezident seçkilərini şərtləndirən amilləri diqqətə çatdırdı. Bildirdi ki, bunu şərtləndirən əsas amil ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunmasıdır. Zəfər seçkiləri kimi tarixə yazılacaq bu seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Seçkilərin məhz 2024-cü ilin fevral ayına təyin olunmasını şərtləndirən digər amil bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyi ilə əlaqədardır. Dövlət başçısı İlham Əliyev bildirdi ki, prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilərdir: “Mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni, 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır”. Növbədənkənar prezident seçkilərini şərtləndirən digər amil İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin tamam olmasıdır. Ölkə Prezidentinin vurğuladığı kimi, prezident seçkiləri yeni dövrə xeyir-dua verəcək.

Vüqar Rəhimzadə vurğulayıb ki, sözügedən müsahibə hazırkı dövrün əsas çağırışı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri və onların əsasında soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı barədə də dolğun məlumatı xalqımıza çatdırdı. Son üç ildə bu istiqamətdə görülən işlərin davamı olaraq infrastruktur layihələrinin icrası davam etdiriləcək. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə dövlət başçısı tərəfindən təsdiqlənəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı əsas alətimizdir. Keçmiş köçkünlərin bu il beş şəhərə - Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqları nəzərdə tutulub. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması planlaşdırılır. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib.

Baş redaktor bildirib ki, dövlət başçısı İlham Əliyev “Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır” söyləyərək Azərbaycanın hər bir sahədə qazandığı uğurları təqdim etdi. Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək. Belə mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlar mövcuddur. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan illər keçdikcə qaz ixracatçısına çevrildi. Bu gün isə Azərbaycanın gələcəyini yaşıl enerjiyə bağlamasından bəhs edirik. Ölkəmizin bərpaolunan enerji potensialı böyükdür. Dövlət başçısı İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru yaşıl enerji zonası elan edib. Bu resurslar gələcəkdə Azərbaycanın enerji əməkdaşlığının coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycan COP29-un prezidenti kimi xüsusi rola malik olacaq. Dünyanın belə bir mötəbər beynəlxalq tədbirinin Azərbaycana həvalə edilməsi ölkəmizin gündən-günə artan nüfuzunun göstəricisidir. Azərbaycan bugünədək ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərlə hazırkı dövrün çağırışlarının həyata keçirilməsinə mühüm töhfələr verib.

Vüqar Rəhimzadə diqqəti müsahibədə xüsusi yer alan Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına yönəldib. Dövlət başçısının “Bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram” fikirləri bu qardaşlığın sarsılmazlığının, dərin köklərə malik olduğunun təqdimatıdır. Prezidentlərin şəxsi dostluğu ölkələrimizin, xalqlarımızın daha sıx birləşməsində, gələcəyə doğru birgə addımlamalarında öz sözünü deyir. 44 günlük İkinci Qarabağ müharibəsində “Azərbaycan tək deyil” çağırışı qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyaya mesajı oldu. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir. Dünya Azərbaycan və Türkiyənin timsalında qardaşlığın nümunəsini görür. Hər iki dövlətə nüfuz qazandıran daim ədalətin və beynəlxalq hüququn yanında olmalarıdır.

Baş redaktor bildirib ki, dövlət başçısı İlham Əliyevin müsahibəsi özündə mühüm çağırışları, mesajları ehtiva edir. Ədalətə, beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olur. Bu gün dünya Azərbaycanın timsalında bunu aydın şəkildə görür. Prezident İlham Əliyev bu məqamı da xüsusi qeyd etdi ki, ədalətə inanmaq lazımdır. Sağlam cəmiyyətin yaranması və möhkəmlənməsi üçün bu, olduqca vacibdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Yağışlı hava şəraiti sabah da davam edəcək

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır