Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Ölkə başçısının tapşırığı ilə hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır

Vüsal Qasımlı: Ölkə başçısının tapşırığı ilə hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır

Bakı, 1 may, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığı ilə hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının dövlətimizin başçısının tapşırığı ilə hazırlanan iqtisadiyyatın yeni inkişaf strategiyası barədə şərhini təqdim edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin uğurla həyata keçirilməsi iqtisadiyyatın rəqabət qabiliyyətini və dayanıqlılığını artırıb. Xüsusən də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi və bu sərəncama uyğun olaraq, milli iqtisadiyyat və 11 sektor üzrə Strateji Yol xəritələrinin hazırlanaraq qəbul edilməsi ölkədə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşdirilməsinə və sistemli xarakter almasına xidmət edib.

Azərbaycan Prezidentinin tapşırığı ilə hazırlanan iqtisadiyyatın yeni inkişaf strategiyasını zəruri edən aşağıdakı səbəblər var:

Yenilənən qlobal və regional perspektivlər, gündəlik və çağırışlar

Dünyada gedən siyasi və iqtisadi proseslər, o cümlədən, 4-cü Sənaye İnqilabı, iqlim dəyişikliyi, ticarət müharibələri, iqtisadi idarəetmə arxitekturasının dəyişilməsi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Azərbaycanda yeni iqtisadi modelə transformasiyanın yekunlaşma üzrə olması ölkə iqtisadiyyatını yeni perspektivlər və çağırışlarla üz-üzə qoyub. Yeni dövrdə sistemli yanaşmanın tətbiqi üçün Prezident İlham Əliyevin tapşırığı ilə hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır.

Yeni tarazlıq nöqtəsi həm də yeni inkişaf xəttinin başlanğıcıdır

2015-ci ilə qədər ölkə başçısının rəhbərliyi altında üç dəfədən çox böyümüş iqtisadiyyatı post-neft dövründə xarici şokları da dəf etməklə belə bir baza əsasında yenidən davamlı inkişaf xəttinə çıxarmaq tarixi bir missiya idi və Prezidentin rəhbərliyi ilə uğurla icra olundu. Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Strateji Yol xəritələrinə uyğun olaraq - 2016-2017-ci illərdə Azərbaycan iqtisadiyyatı xarici şokların mənfi təsirindən uzaqlaşdı və sabitləşdi; 2017-ci ilin sonundan başlayaraq və 2018-ci ildə şaxələnmə və yeni hərəkətverici qüvvələr hesabına inkişaf xətti bərpa edildi; 2019-2020-ci illər iqtisadi artımın daha yüksək pilləyə çıxması ilə, rəqabət qabiliyyətinin artırılması və dünya iqtisadiyyatına səmərəli inteqrasiyanın daha da dərinləşməsi dövrü sayılır. 2019-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatı yeni tarazlıq vəziyyətində növbəti inkişaf mərhələsinə qədəm qoyacaq. Bu da yeni inkişaf strategiyasının zəruriliyini şərtləndirir.

İqtisadi artım keyfiyyətcə yeni mərhələyə keçir

İqtisadi artımda neft sahəsinə nisbətən qeyri-neft sahəsi, dövlət bölməsinə baxanda özəl bölmə və qeyri-ticari sektorla müqayisədə ticari sektor getdikcə drayver rolunu daha çox oynamalıdır. Bir sözlə, iqtisadi artımın keyfiyyəti daha da yüksəlməlidir. Digər tərəfdən dövlət investisiyalarının qidalandırdığı iqtisadi model, islahatların transformasiya etdiyi, məhsuldarlığa və əlverişli biznes mühitinə əsaslanan modellə əvəzlənir. 2018-ci ilin sonlarında ölkə başçısı bu münasibətlə deyib: “Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk”. Beləliklə, iqtisadiyyat yeni inkişaf mərhələsinə qədəm qoyur.

Fiskal dayanıqlılıq və monetar siyasətdə yeni praktik həllər

Fiskal ekspansiyadan fiskal konsolidasiya, ortamüddətli xərclər çərçivəsi, nəticə əsaslı büdcə, proqram büdcəsi, büdcə qaydaları və dövlət borcunun idarəedilməsi strategiyasına keçid 2020-ci ildən başlayaraq fiskal siyasətdə yeni və daha təfsilatlı yanaşmanı tələb edir. Monetar siyasətdə tam üzən məzənnə rejiminə keçid 2020-ci ildə nəzərdə tutulduğundan, bundan sonrakı period üçün yeni monetar rejimdə sistemli yanaşma olmalıdır. Eyni zamanda, fiskal və monetar siyasətin kombinasiyası da 2020-ci ildən başlayaraq yeni bir yanaşmanı tələb edəcək. Proqram əsaslı büdcə yanaşması 2020-ci ildən başlayaraq mərhələlərlə dövlət proqramlarının idarəetməsinin strateji menecment prinsiplərinə uyğunlaşdırılmasını zəruri edir.

Yeni iqtisadi drayverlər yeni strategiya ilə yönləndirilməlidir

Azərbaycanda post-neft dövrü üçün iqtisadiyyatın əsas inkişaf drayverləri bunlardır: Qeyri-neft sənayesi (neft-kimya, polad, alüminium, ərzaq, müdafiə sənayesi və sair); aqrar sahə (pambıq, tütün, kartof, meyvə-tərəvəz, üzüm və sair); xidmət sektoru (turizm, nəqliyyat, logisitika, İKT, kosmik xidmətlər və sair); tikinti. 

Post-neft dövründə iqtisadiyyatın yeni strukturunun (yeni drayverlərin müəyyənləşməsi fonunda) formalaşması əsasən tamamlanır. Bundan sonrakı müddətdə yeni struktur və uyğun institutsional altyapıya müvafiq olaraq iqtisadi inkişafın təmin edilməsinə sistemli yanaşmanı özündə ehtiva edən (sector-scan təhlillərinə əsasən) iqtisadiyyatın yeni inkişaf strategiyasının yaradılması məqsədəuyğun görünür. Bu sırada 4-cü Sənaye İnqilabının Azərbaycanda qlokalizasiya edilməsi (fiziki, rəqəmsal və bio texnologiyaların tətbiqi) və biznes mühitinin daha da təkmilləşdirilməsi zərurəti var. Artıq diversifikasiya olunmuş Azərbaycan iqtisadiyyatının şaxələnmədən ixtisaslaşmaya, sektor əsaslı (sector-specific) yanaşmadan məhsul əsaslı (product-specific) yanaşmaya keçidi zərurəti yaranıb.

Miqyas effekti və yeni bazarlara çıxış

İqtisadiyyatın miqyas effekti sübut edir ki, hər bir milli iqtisadiyyat (xüsusən də kiçik) yalnız o halda uğurla inkişaf edə bilər ki, kifayət qədər həcmi olan bazarlara çıxışı olsun. Qloballaşma və ticarət müharibələrinin fonunda Azərbaycan yeni dövrdə yeni xarici iqtisadi fəaliyyət istiqamətlərinin konturlarını müəyyənləşdirərək, xüsusilə, xarici bazarlara çıxış imkanlarını yenidən qiymətləndirə bilər. Bu mənada qlobal dəyər zəncirlərinə qoşulma, həmçinin effektivlik, strateji obyektlər və bazarlar axtaran xarici birbaşa sərmayələrin cəlbi məqsədəuyğundur.

2020-ci il əsas icra planlarının son ilidir

Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Hazırda Strateji Yol xəritələrinin tədbirlər planı icra edilir və 2020-ci ildə həmin tədbirlərin icrası yekunlaşacaq. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ildə yekunlaşır.

Bununla yanaşı, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın, eyni zamanda, bir çox sahəvi proqramın da (“2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və sair) icrası 2020-ci ildə yekunlaşır.

Beləliklə, post-2020-ci il üçün iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlanması zərurəti yaranıb.

Yaxşı idarəetmə və açıq hökumət həlləri

Elektron hökumətdən rəqəmsal hökumətə, reaktiv yanaşmadan proaktiv yanaşmaya, “one-stop-shop”dan “non-stop-shop”a keçid, həmçinin böyük verilənlər (big data) və rəqəmsal həllərin inkişafı idarəetməni daha səmərəli, hesabatlı və şəffaf edəcək. Bu mənada məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi yeni dövrün tələbidir. Bunun üçün iqtisadiyyatın yeni inkişaf strategiyasına ehtiyac var.

Sosial bazar modeli yeni dövrün tələblərinə uyğunlaşdırılacaq

Yeni dövr icbari tibbi sığortanın tətbiqi və təhsil islahatları, sosial siyasətdə yardımdan reabilitasiyaya keçid, əhalinin gəlirlərinin artırılması, dövlət-vətəndaş dialoqu, sosial infrastrukturun daha da yaxşılaşdırılması və insan kapitalının inkişafı baxımından yeni perspektivlər və çağırışlar ortaya qoymuşdur. İqtisadiyyatın yeni inkişaf strategiyası artan iqtisadi imkanları insan amilinə xidmətə istiqamətləndirəcək. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO