İQTİSADİYYAT
Vyanada Avropa Qaz Konfransında Avropa qaz təchizatının təhlükəsizliyi məsələləri müzakirə edilib
![Vyanada Avropa Qaz Konfransında Avropa qaz təchizatının təhlükəsizliyi məsələləri müzakirə edilib](/files/2015/1/1200x630/1423134924479015925_1200x630.jpg)
Bakı, 5 fevral, AZƏRTAC
Vyanada keçirilmiş 8-ci ənənəvi Avropa Qaz konfransında Avropa qaz təchizatının təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, yeni alternativ qaz mənbələri və nəqliyyat imkanları, “Cənub Axını” (South Stream) qaz borusunun gələcəyi və Rusiya qazının Avropanın qaz təchizatında rolu məsələləri müzakirə edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,
konfransda Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Taner Yıldız, Avstriyanın “OMV” şirkətinin idarə heyətinin sədri Gerhard Roiss, Rusiyanın “Gazprom” şirkətinin direktorlar şurasının sədri Viktor Zubkov, Fransanın “Total Gas and Power” şirkətinin vitse-prezidenti Laurent Vivier və digərlərinin məruzələri dinlənilib.
Azərbaycanı bu mötəbər tədbirdə SOCAR-ın Avstriyadakı nümayəndəliyi təmsil edib. Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirilib.