VYANADA JURNALİSTLƏR ÜÇÜN SEMİNAR
İyulun 8-10-da Vyanada MDB ölkələrinin və Baltikyanı ölkələrin jurnalistləri üçün seminar keçirilmişdir. Beynəlxalq Valyuta Fondu tərəfindən təşkil olunmuş seminarda ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin - AZƏRTAC-ın və “Ayna” qəzetinin jurnalistləri təmsil etmişlər.
Seminar iştirakçılarına BVF-nin strukturu və fəaliyyətinin əsas istiqamətləri haqqında məlumat verilmişdir. Fondun ikinci Avropa departamentinin nümayəndəsi Robert Kristiansen iqtisadiyyatın qloballaşması dövründə BVF-nin rolu barədə disput-söhbət aparmışdır. Jurnalistlərə BVF-nin baş ofisinin rəhbərliyi ilə videotelekonfransda iştirak etmək imkanı verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]