Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək - Ekspert rəyləri

WUF13 Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərəcək - Ekspert rəyləri

Bakı, 6 may, AZƏRTAC

Azərbaycanın elmi, mədəni və ictimai-siyasi tarixində mühüm hadisələr kimi iz qoyan beynəlxalq tədbirlər ölkənin qlobal təşəbbüslər və strateji dialoqlar məkanına çevrildiyini göstərir. Bu proses Cənubi Qafqazın lider dövləti kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirir və yeni dünya düzəninin formalaşmasında artan rolunu əyani şəkildə nümayiş etdirir. Ölkəmizin beynəlxalq miqyasda yüksələn siyasi nüfuzu və zəngin təcrübəsi də məhz bu cür mötəbər tədbirlər vasitəsilə real təsdiqini tapır.

Cari ildə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) ev sahibliyi hüququnun qazanılması Azərbaycanın diplomatik uğurlarının və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin növbəti göstəricisidir. Bu forum ölkəmizin qlobal şəhərsalma proseslərində fəal iştirak etdiyini göstərir. Eyni zamanda, Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadı nümayiş etdirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova ilə müasir memarlıq və şəhərsalma sahəsində özbəkistanlı ekspert Azizbek Hakimov da AZƏRTAC-a açıqlamalarında WUF13-ün ölkəmizdə keçirilməsinin faydalı və əhəmiyyətli olduğunu bildiriblər.

WUF13 Azərbaycan üçün şəhərsalma və memarlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcıdır

Professor Zahidə Məmmədova deyib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün şəhərsalma və memarlıq sahəsində yeni inkişaf mərhələsinin başlanğıcıdır: “Bu forum ölkəmizin qlobal urbanizasiya gündəmində daha fəal iştirakına, müasir şəhərsalma yanaşmalarının tətbiqinə və beynəlxalq təcrübənin yerli mühitə inteqrasiyasına mühüm töhfə verəcək. WUF13 Azərbaycanın urbanizasiya siyasətinin beynəlxalq standartlara uyğun inkişafı baxımından mühüm platformadır. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən gələn mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq, yeni texnoloji və ekoloji yanaşmaları öyrənmək imkanı yaranacaq. Bu isə şəhərsalma prosesində daha dayanıqlı, inklüziv və insan mərkəzli modellərin tətbiqini sürətləndirəcək”.

AzMİU-nun dekanı qeyd edib ki, WUF13 xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri baxımından böyük əhəmiyyət kəsb edir: “Bu ərazilərin müasir şəhərsalma prinsipləri əsasında qurulması, “ağıllı şəhər” və “yaşıl memarlıq” konsepsiyalarının tətbiqi üçün forum çərçivəsində əldə olunacaq bilik və təcrübə xüsusi rol oynayacaq. Bu baxımdan, forum yerli mütəxəssislər, xüsusilə gənc memar və şəhərsalma üzrə təhsil alan tələbələr üçün unikal imkanlar açır. Burada tələbələrin və gənc mütəxəssislərin qlobal ekspertlərlə birbaşa ünsiyyət qurmasına, beynəlxalq layihələrdə iştirak imkanlarını genişləndirməsinə şərait yaranacaq. Bu, gələcəyin şəhərlərinin qurulmasında yerli kadr potensialının gücləndirilməsi baxımından son dərəcə vacibdir”.

Onun sözlərinə görə, WUF13 Azərbaycanın beynəlxalq imicinə də müsbət təsir göstərəcək. “Belə mötəbər tədbirin Bakıda keçirilməsi ölkəmizin dayanıqlı inkişaf, şəhərsalma və memarlıq sahəsində regional lider kimi mövqeyini daha da gücləndirəcək. Bu, həm də Azərbaycan modelinin – ənənə ilə müasirliyin sintezinin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platformadır”, - deyə Zahidə Məmmədova vurğulayıb.

WUF13 Mərkəzi Asiya ölkələri üçün də dəyərli hadisədir

Özbəkistanlı ekspert Azizbek Hakimov bildirib ki, Azərbaycanda WUF13-ün təşkil olunması ölkənin dayanıqlı şəhər inkişafı və yaşayış məskənləri sahəsinə olan real bağlılığını göstərir: “Ümumdünya Şəhərsalma Forumu kimi tədbirlər bir şəhərin və ümumilikdə ölkənin hansı istiqamətdə inkişaf etdiyini nümayiş etdirən güclü göstəricidir. Qlobal səviyyədə urbanizasiya problemlərinin sürətlə artdığı bir dövrdə, şəhər inkişafı ilə bağlı biliklərin müzakirə olunduğu, paylaşıldığı platformaların yaradılması heç vaxt indiki qədər vacib olmayıb. WUF13-ün əhəmiyyəti yalnız Azərbaycanla məhdudlaşmır, bu, Mərkəzi Asiya ölkələri üçün də dəyərli bir hadisədir. Region hazırda urban transformasiyanın həlledici mərhələsindədir və belə nüfuzlu bir forumun coğrafi və mədəni baxımdan yaxınlıqda keçirilməsi müəyyən imkanlar yaradır. Azərbaycan üçün ən konkret faydalardan biri dünyanın aparıcı urbanist mütəxəssislərinin və praktiklərinin bir araya gəlməsidir. Beynəlxalq ekspertlərlə yerli mütəxəssislər arasında bilik mübadiləsi çox dəyərlidir. Bu, öyrənmə prosesini sürətləndirir, mövcud yanaşmaları yenidən qiymətləndirməyə imkan yaradır və ümumilikdə regionda urban praktikaların keyfiyyətini artırır. Şəhər siyasəti, dizayn və idarəetmə sahəsində qlobal yeniliklərdən xəbərdar olmaq bu sahədə çalışan hər bir mütəxəssis üçün vacibdir”.

O diqqətə çatdırıb ki, digər mühüm məqam isə xarici ekspertlərin gətirdiyi obyektiv baxışdır: “Onlar şəhərləri daha neytral şəkildə qiymətləndirərək boşluqları, imkanları və prioritetləri müəyyənləşdirə bilirlər. Bu isə şəhərsalma proseslərində şəffaflığın və hesabatlılığın artmasına töhfə verir. Bundan əlavə, aparıcı memarlıq və şəhər dizaynı şirkətlərinin iştirakı gələcək əməkdaşlıqlar üçün birbaşa imkan yaradır. WUF kimi forumlar yalnız müzakirə platforması deyil, eyni zamanda, real layihələrə çevrilə biləcək tərəfdaşlıqların başlanğıcıdır. Dünyanın müxtəlif yerlərindən həmkarlarla tanış olmaq, ideya mübadiləsi aparmaq və peşəkar şəbəkə qurmaq olduqca qiymətli imkandır. Belə tədbirlər gələcək urbanist nəsil üçün güclü bir platformaya çevrilə bilər və bu, bəlkə də tədbirin ən uzunmüddətli təsirlərindən biri olacaq”.

Müxbir - Günel Türksoy

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Müstəqilliyin Bərpası Günü: Tarixi qərar, milli iradə və dövlətçilik məsuliyyəti - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Sankt-Peterburqda dron hücumundan sonra baş verən yanğınlar söndürülür

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb