Xaçmaz futbolçuları “Könüllülər kuboku” turnirinin zona mərhələsinin qalibi olub
Xaçmaz, 7 avqust, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində minifutbol üzrə respublika “Könüllülər kuboku” turnirinin zona mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gərgin idman mübarizəsi ilə yadda qalan yarışın final qarşılaşmasında “Xaçmaz” komandası “Şabran”a qalib gələrək çempion olub.
15-17 yaşlı yeniyetmələr arasında keçirilən yarışın qaliblərinə diplomlarla təltif olunublar.
“Xaçmaz” komandası “Könüllülər kuboku” turnirinin Şəmkir rayonunda keçiriləcək final mərhələsində oynamaq hüququ qazanıb.