XAÇMAZ RAYONUNDA YENİ DOĞULAN UŞAQLARIN 70 FAİZİ OĞLANDIR
İlin əvvəlindən bəri Xaçmaz rayonunda əhalinin sayı 744 nəfər artmışdır. Rayon Statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sayının çoxalması təbii artımla bağlıdır.
Mərkəzi rayon xəstəxanasından bildirmişlər ki, yeni doğulan uşaqların 70 faizi oğlandır.
Hazırda rayonda 157 min 839 nəfər əhali yaşıyır. Bunun 104 min 597 nəfəri kəndlərdə yaşayır.