Xaçmazda "Sehrli rənglər" festivalına 200-dən çox şagird qatılıb
Xaçmaz, 12 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan "Sehrli rənglər" festivalına 200-dən çox şagird qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər parkında təşkil olunan festivalda rəsm bacarığı olan məktəblilər öz istedadlarını nümayiş etdiriblər. İstedadlı şagirdlər 15 İyun - Milli Qurtuluş Gününə aid müxtəlif məzmunlu rəsmlər çəkiblər.
Festival Xaçmaz Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.