REGİONLAR
Xaçmazda I və IV ixtisas qrupu üzrə imtahanlarda 1047 nəfər iştirak edib
Xaçmaz, 21 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xaçmazda təşkil olunan imtahanlarda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarından 1047 nəfər iştirak edib.
DİM-in Xaçmaz regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Xaçmaz şəhərində 4 mərkəzdə keçirilən imtahanlara 107 nəzarətçi müəllim cəlb olunub.
Məzunlar I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında biliklərini sınayıblar. İmtahanlar saat 10:00-da başlayıb və 3 saat davam edib.
Pandemiya dövrünün tələblərinə uyğun olaraq imtahan mərkəzlərində əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb, binalarda və zallarda dezinfeksiya işləri aparılıb.
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xaçmazla yanaşı Bakı, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Lənkəran, Masallı və Naxçıvan Muxtar Respublikasında imtahanlar təşkil olunub.
İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.