Ebola virusu yayılan Konqo Demokratik Respublikasında narazılıqlar başlayıb
Bakı, 18 avqust, AZƏRTAC
Konqo Demokratik Respublikasının şərqindəki İturi əyalətinin Kandoy kəndində Ebola simptomları olan xəstənin xəstəxanaya aparılmasının qarşısını almaq cəhdləri iğtişaşlarla nəticələnib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, iğtişaşlar həkimlərin bir xəstənin həmin ərazinin yaxınlığındakı Aru şəhərindəki xəstəxanaya köçürülməsinə dair göstəriş verməsindən sonra başlayıb. Kənddən çıxışları bağlayan insanlar təcili yardım maşınlarına və tibb işçilərinə hücum ediblər.
Hadisə zamanı 1 təcili yardım maşını yanıb, 1 sürücü yaralanıb.
Yerli hakimiyyət orqanları iğtişaşların təşkilatçılarının dərhal müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi barədə göstəriş verib.
Qeyd edək ki, bu il mayın 15-də başlayan Ebola KDR-in tarixində ən ölümcül epidemiyadır. Bu günə qədər ölkədə 4945 nəfər Ebolaya yoluxub, onlardan 2325-i ölüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.08.2026 [18:33]
Məkkə sazişi: Orta güclərə və kollektiv çəkindirməyə üstünlük - Analitika
- 18.08.2026 [18:23]
Şahzadə Diananın qardaşı onun haqqında kitab yazacaq
- 18.08.2026 [17:48]
Tramp: İranla heç bir danışıqlar aparılmır və ya planlaşdırılmır
- 18.08.2026 [17:14]