Xaçmazda oğurluq edən şəxs ev sahibinə xəsarət yetirib
Bakı, 29 yanvar, AZƏRTAC
Xaçmazda oğurluq edən şəxs ev sahibini yaralayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə fevralın 28-i gecə saatlarında rayonun Hacıəlibəy kəndində baş verib.
Ev sahibi Orxan Mustafayev səsə ayılıb və evdə kənar şəxsin olduğunu görüb. O, oğru ilə əlbəyaxa olub və baş nahiyəsindən xəsarət alıb. Həmin şəxs hadisə yerindən qaçmağa müvəffəq olub.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və stasionar müalicəyə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]
Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]