Xalq Artisti, rejissor Tofiq Kazımovun 90 illik yubileyi qeyd edilmişdir
Bakı, 18 noyabr (AZƏRTAC). Noyabrın 18-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə İbrahim Əbilov adına mədəniyyət mərkəzində Xalq Artisti Tofiq Kazımovun 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rejissorun hazırladığı tamaşa və çəkdiyi filmlərdən fraqmentləri əks etdirən fotosərgi nümayiş etdirilmişdir.
Gecədə Əməkdar İncəsənət Xadimi, kinoşünas Aydın Kazımov T.Kazımovun tamaşalarının, yaddaqalan filmlərinin indi də Azərbaycan kino və teatr sənətində özünəməxsus yer tutduğunu, onun səhnə əsərlərinin qızıl fondumuzda saxlandığını bildirmişdir.
Tədbirdə rejissorun əsərlərindən fraqmentlər nümayiş etdirilmişdir.
Sonda mədəniyyət evinin “Vurğun” teatrı və bədii özfəaliyyət kollektivinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]