Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalq təqvimi: Kiçik çillənin böyük “qardaşı”

Naxçıvan, 1 yanvar, AZƏRTAC

Böyük çillə, Kiçik çillə, Boz çillə...

Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (“Boz ay” da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.

Çillələrlə bağlı bir çox əfsanələr dildən-dilə keçib bu günümüzə kimi gəlib çatıb. Deyilənlərə görə, “Qış” adlı bir kişinin “Böyük çillə”, “Kiçik çillə”, “Boz ay” adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini - Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?

Böyük çillə altdan-üstdən bərk geyinir. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxır. Aralıq ayının - yəni dekabrın iyirmisində gəlib el-obaya yetişir. İnsanlar səhər yuxudan oyanıb çölə baxanda görürlər ki, hər yan ağappaq qara bürünüb. O zaman bilirlər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə Böyük çillə özünün qar atını belədən-elə, elədən-belə çapacaq.

“Çillə bayramı”

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə həmsöhbət olan AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov qeyd edir ki, Böyük çillənin ilk gecəsi qışın başlandığı gün kimi qeyd olunur, dekabrın 20-nə, yaxud 21-nə təsadüf edir. Həmin gün “Çillə bayramı” qeyd edilir. “Çillə gecəsi” ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir.

Mənbələrdə qeyd edilir ki, çillə “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında ağırlıq anlamında başa düşülür. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun gəlməsi dərdin, çətinliyin gəldiyinə işarədir. “Çillə bayramı”nın erkən çağlar “sırağan”, yaxud “çırağan” kimi də adlandırıldığı göstərilir. Qeyd edək ki, doğumla bağlı inam və adətlərdə “çilləli”, “çillə kəsmək”, “çillə basdı” və sair kimi ifadələrə də rast gəlirik. Bu da müəyyən xəstəlik, çətinliklərlə bağlıdır. İnsanlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər. Bu adət “çillə kəsmək” adlanırdı.

“Çillə gecəsi”nin ən gözəl, ən şirin payı - “Çillə qarpızı”

“Çillə bayramı”nı xalqımız xüsusi qeyd edər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görərdilər. Bayram günü, demək olar ki, bütün evlərdə “çillə qarpızı” kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində “çillə qarpızı” olsun. Qarpız çillə gecəsinin ən gözəl, ən şirin payı hesab edilir. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayardılar.

Asəf Orucov deyir ki, Naxçıvanın Arazboyu kəndlərinin əksəriyyətində çox da böyük olmayan, qalın qabıqlı xüsusi qarpız növü əkilirmiş. Belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olardı. Çilləyə saxlanılması nəzərdə tutulan qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. “Çillə qarpızı” xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayırdılar. “Çillə qarpızı”na bolluq, bərəkət rəmzi kimi baxılır.

“Çillə gecəsi”ndə qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa da işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, “ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Muxtar respublikanın bəzi bölgələrindən (Şərur, Ordubad) yaşlı insanların sözlərinə görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun.

“Niyyətetmə” adəti

Çillə qarpızı kəsilən vaxt xalq arasında “niyyətetmə” adəti mövcuddur. Niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə ağ və ya göy olarsa, niyyət qəbul edilmiş sayılır. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutulub atılması dörd fəsillə, qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.

Yeddi evin payı

Qarpız kəsilib yeddi evə pay göndərilir. Çillə girəndən sonra çuvalların, küpələrin, xaralların ağzı açılır, təndirlər yandırılır, kürsülər qurulur, buğda götürülüb, səməni göyərdilir. Göyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülüb suyu sıxılır. Yeddi qonşu evdən un alınıb səməni suyunda xəmir hazırlanması, sıyıq bişirilməsi üçün iri tavada ocaq üstə qoyulur. Başlayırlar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi də salınır. Yeddi qabda yeddi evə pay göndərilir.

Gedir yargilə qarpız

Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə (Çillə bayramına) gedərdilər. Bayramlıqlar içərisində “Çillə qarpızı” xüsusi yer tutardı. Bu ənənə bəzi bölgələrimizdə bu gün də qorunur və yaşadılır.

Bu qarpız çilə qarpız,
Düşübdür dilə qarpız.
Yığılıb xonçalara
Gedir yargilə qarpız.

Şərur rayonunun bəzi kəndlərindən toplanmış materiallara görə, nişanlı qızlara qarpız aparanda onun yanına bıçaq da qoyardılar. Qarpız aparılan bıçaqla kəsilir və sonra yenidən oğlan evinə qaytarılırdı.

Bəs qarpız olmasa?

Tarix üzrə fəlsəfə doktoru Asəf Orucov onu da vurğulayır ki, Ordubad bölgəsində həmin gün evdə un yeməkləri (xəşil, tərək, quymaq), hədik bişirilər, qovurğa qovurular, qovut çəkilərdi.

Çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasında olan inama görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərində mövcud adətə əsasən çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərdilər. Həmin gecə süfrəyə “q” hərfi ilə başlanan nemətlər, məsələn, qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və başqa nemətlər qoyma adəti də mövcuddur. Çillədə qarpızın kəsilməsi və yaxud qarpız olmasa, qatıq yeyilməsi adətini nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, bunların hər ikisi sərinləşdirici əlamətlərə malikdir. Bunların yeyilməsi qışın soyuğuna qarşı çıxmaq, ona hazır olmaq anlamına gəlir. Qarpızın içərisinin qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır.

Bərəkət simvolu

Qışın əsas atributlarından biri qardır. Qar bərəkət, gələn ilin bolluğu və məhsulu deməkdir. Bunu aşağıdakı folklor nümunəsində də görmək olar:

Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çillə.
Taxıllara yorğan ol,
Bağçalara bar, çillə.

Qar örtüyünün insanlar üçün müsbət xüsusiyyətli olması “Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” kimi atalar sözlərində də öz əksini tapıb.

Xalq proqnozu

Qış fəslində gecə və gündüz havanın necə keçməsi kimi əlamətlər ilin ümumi vəziyyəti haqqında fikir söyləməyə imkan verir. Asəf Orucov deyir ki, xalqımızın müşahidələrinə görə, qış fəslində gecələr ayaz, gündüzlər dumanlı, buludlu keçərsə, bu, ilin yaxşı keçməyəcəyinə işarədir. Əksinə, qışda gündüzlərin ayaz, gecələrin buludlu, dumanlı keçməsi isə ilin xoş keçib, insanlar üçün faydalı olacağı kimi yozulurdu. Ümumiyyətlə, xalqımız qışa çətinlik dövrü kimi baxsa da, o, həm də əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. İnsanlar bütün yorğunluğunu qış mövsümündə atardılar.

Gəlişi də, gedişi də bayramdır

Xalq təqviminə görə, yanvarın 31-də Böyük çillə başa çatır, onun “kiçik qardaşı” Kiçik çillə el-obaya təşrif buyurur. Maraqlıdır ki, hər iki çillənin gəlişi də, gedişi də bayram kimi qeyd olunur. Xalq özünün ən ağır günlərində belə, bu el mərasimlərini qeyd etməyi yaddan çıxarmayıb. Arzumuz budur ki, el-obamızda həmişə əmin-amanlıq, firavanlıq olsun, bu adət-ənənələri daim yaşadaq, gələcək nəsillərə ötürək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi

Ekspert: Yeni Fərmanla sahibkarlar regionlarda fəaliyyət göstərməyə stimullaşdırılır

Tahir Budaqov: Ulu Öndər Azərbaycan dövlətçiliyinin xilaskarı kimi müasir tariximizdə silinməz iz qoyub

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

Ağsuda yük avtomobili aşıb, xəsarət alanlar var VİDEO

®  “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

® “OBA Plus”da OBİ qazandırmağa gəlir VİDEO

Portuqaliya Respublikasının Prezidenti Zati-aliləri cənab Antoniu Joze Sequruya

Ekspert: Yeni tənzimləmələr uşaqların təhlükəsizliyinin təmin olunmasına xidmət edir

Adil Kərimli: Kitabxana sistemində infrastruktur və məzmun baxımından problemlər var

Folklor İnstitutunda “Kitabi-Dədə Qorqud”un mifoloji xülasələrinə dair məruzə təqdim edilib

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

Türkiyənin Adana şəhərində dünyada ən böyük arı “hoteli” açılıb

Qazaxıstan HDQ hərbi qulluqçuları Xəzər akvatoriyasında döyüş təlim tapşırıqlarını yerinə yetiriblər

Tarixə düşən azərbaycanlı boks hakimi: Los-Anceles Olimpiadasında da iştirak etməyi arzulayıram

ABŞ-nin enerji naziri: Hörmüz boğazında gəmi nəqliyyatı əhəmiyyətli dərəcədə artıb

AZSET proqramına qeydiyyat başladı: gələcəyin mühəndisləri üçün yeni imkan

Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər

Bu ilin yanvar-may aylarında əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Milli Qurtuluş Günü: Müstəqilliyi xilas edən tarixi qərar

Yohannesburqda kütləvi atışma nəticəsində 12 nəfər ölüb

Türk ekspert: Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq dərinləşir RƏY

Deputat: Uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit formalaşdırılır

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO

Sərxoş sürücünün sərnişinindən narkotik vasitələr aşkarlanıb VİDEO