Xalq yazıçısı Əzizə Cəfərzadənin xatirəsi anılıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də Mədəniyyət Nazirliyinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, professor, ədəbiyyatşünas, ictimai xadim, xeyriyyəçi Əzizə Cəfərzadənin anım günü keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın direktor müavini Günay Həsənova iştirakçılara Ə.Cəfərzadənin yaradıcılığı və ictimai fəaliyyəti haqqında qısa məlumat verib.
Tədbirdə yazıçının oğlu, əsərlərinin naşiri Turan İbrahimov bu cür diqqət və qayğıya görə tədbir təşkilatçılarına, həmçinin iştirakçılara təşəkkürünü bildirib.
Sonda Əzizə Cəfərzadənin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.