Xalq yazıçısı: Tamilla Axundovanın poeziyası çox dərin və fəlsəfidir
Bakı, 5 mart, AZƏRTAC
Şair və publisist Tamilla Axundovanın poeziyası çox dərin və fəlsəfidir. Yaradıcılığında dekadans motivləri geniş yer tutur. Bədbinlik, dünyanın vəfasızlığı, sevginin vəfasızlığı kimi mövzular şeirlərində tez-tez öz əksini tapır.
Bunu AZƏRTAC-a açıqlamasında Xalq yazıçısı Elmira Axundova söyləyib.
O vurğulayıb ki, Tamilla Axundovanın yaradıcılığında çox güclü sevgi xətti də var. “Doğmalarına, yaxınlarına, xüsusilə də anaya olan sevgi. Ana haqqında yazdıqları son dərəcə təsirlidir. Mən onun haqqında bir neçə məqalə yazmışam və həmin yazıları kitabıma da daxil etmişəm. Tamilla xanımın obrazına və daxili aləminə ən çox yaraşan dövr rus poeziyasının “Gümüş dövr”ü adlandırılan mərhələsidir”,- deyə E.Axundova əlavə edib.
Müxbir- Fidan Əlizadə
Fotoqraf- İlkin Cavanşirov
Videooperator- Ələkbər Baxşiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]
Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]