Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1991-ci il

Bakı, 21 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü

1990-cı ilin əvvəllərində ağır vəziyyətə düçar olmuş Azərbaycan xalqının yanında olmağa qərar verən Ulu Öndər Moskvadan Vətənə qayıtdı. Ovaxtkı rəhbərlik onun paytaxta yolunu kəsdiyi üçün iyulun 22-də doğma yurdu Naxçıvana getdi. Çox keçmədən muxtar respublikanın Ali Sovetinə və Azərbaycan SSR Ali Sovetinə Naxçıvandan deputat seçildi. Onun təşəbbüsü ilə üçrəngli bayrağımız 70 illik imperiya dövründə ilk dəfə Naxçıvanda ucaldıldı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu.

X X X

14 yanvar. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında çıxış etdi.

20 yanvar. Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında keçirilən anım tədbirində nitq söylədi.

5 fevral. Azərbaycan SSR Ali Sovetinin on ikinci çağırış birinci sessiyasında çıxış etdi.

7 mart. Azərbaycan Ali Sovetinin sessiyasında SSRİ-nin qorunub saxlanması barədə referendumda respublikanın iştirakı məsələsinin müzakirəsi zamanı bunun əleyhinə səs verdi.

19 iyul. Kommunist Partiyasının sıralarını tərk etdi.

30 avqust. Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycanın müstəqillik Bəyannaməsi” ilə bağlı çıxış etdi.

3 sentyabr. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi.

5 sentyabr. Nehrəm kəndinin sakinləri ilə görüşdü.

8 oktyabr. Türkiyənin Mərmərə Eyitim və Kültür Vəqfinin Azərbaycandakı təmsilçisi Hilmi Öney və “Zaman” qəzetinin Azərbaycan üzrə müxbiri Yılmaz Polad ilə görüşdü.

12 oktyabr. Naxçıvanın elektrik enerjisi ilə təchizi üçün muxtar respublikaya gəlmiş bir qrup türk mütəxəssisi qəbul etdi.

19 oktyabr. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına teleqram göndərərək dövlət müstəqilliyinin elan olunmasını təqdir etdi.

20 oktyabr. Amerikanın ABC News Nyus televiziya şirkətinin bir qrup əməkdaşı ilə görüşdü.

26 oktyabr. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış etdi.

29 oktyabr. Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış körpünün rəsmi açılış mərasimində iştirak etdi.

6 noyabr. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və Baş Sərhəd İdarəsinin nümayəndələri ilə görüşdü.

7 noyabr. Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrin komanda heyəti qarşısında çıxış etdi.

9 noyabr. Qars vilayəti valisinin nümayəndələri ilə görüşdü.

11 noyabr. İran İslam Respublikasının Mərənd fərmandarı Rza İbadini qəbul etdi.

13 noyabr. Türkiyənin “Milliyət” və “Hürriyət” qəzetlərinin müxbirləri və digər xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi.

15 noyabr. Türkiyənin Nəqliyyat Nazirliyinin departament direktoru Aytekin Akagünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

18 noyabr. Türkiyənin Konya şəhərindən ərzaq dolu ilk yardım karvanı ilə Naxçıvana gəlmiş şəhər ziyalılarının nümayəndələrini qəbul etdi.

14-15 dekabr. Naxçıvan MR Ali Məclisinin iclasında çıxış etdi.

16 dekabr. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında tarixi qərar imzaladı.

27 dekabr. ABŞ-ın Moskvadakı səfirliyinin Naxçıvana gəlmiş əməkdaşları ilə görüşdü.

X X X

Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasına Naxçıvandan başladı. Onun muxtar respublika Ali Məclisinin iclaslarındakı çıxışları dərin məzmunu, vətəndaş mövqeyi və Azərbaycanın gələcəyi barədə düşüncələri ilə səciyyəvidir. Eyni zamanda, bu çıxışlarda Azərbaycanın ozamankı rəhbərliyinin xalqa zidd mövqeyi sərt tənqid olunurdu. Bu baxımdan onun 1991-ci il yanvarın 14-də etdiyi çıxış diqqət çəkir. Bu, o dövr idi ki, Azərbaycan Ali Soveti respublikanın İttifaq müqaviləsi layihəsinə razılıq verərək müzakirəyə çıxarmışdı. Heydər Əliyev həmin layihənin mahiyyətini konkret arqumentlərlə açıb göstərdi.

Sitat: İttifaq müqaviləsinin layihəsi ümumittifaq siyasi rəhbərliyi tərəfindən və xüsusən Qorbaçov tərəfindən bütün sovet xalqını yenidən aldatmaq cəhdinin bir təzahürüdür...

Əgər bizim respublikamız həqiqətən milli dirçəliş yoluna çıxıbsa və bu yolla getmək istəyirsə, onda hansı ittifaq birliyindən söhbət gedə bilər? Burada təyin etmək lazımdır, bizim respublika hansı yolla gedəcəkdir?

Bir tərəfdən Azərbaycanın bəzi rəsmi dairələri öz hərəkətləri ilə göstərirlər ki, biz milli dövlət dirçəlişi yoluna düşürük. Bu yolla getmək istəyirik. Belə olan halda necə ola bilər ki, əgər biz milli dövlət dirçəlişini təmin etmək istəyiriksə, özümüzü gətirib hansısa bir ittifaqda bağlayaq? Burada məntiq yoxdur.

Heydər Əliyevin 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin on ikinci çağırış birinci sessiyasındakı çıxışı da prinsipiallığı ilə diqqəti cəlb edir. Parlamentdəki iqtidar nümayəndələri hay-küy salaraq onun çıxışına mane olmaq istədilər. Lakin Ulu Öndər onlara məhəl qoymadan təmkinlə öz fikirlərini axıradək söylədi. Heydər Əliyev çıxışında, eyni zamanda, Azərbaycan ərazilərinin tarixən ermənilər tərəfindən zəbt olunmasından danışdı və bunun araşdırılmasını təklif etdi: Bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? Bu torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi müəyyən olunsun. Biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq və burada deputatların dediyi kimi, o torpaqların geri qaytarılması üçün mübarizə aparaq. İndi biz mübarizəyə keçməliyik və mən də bu mübarizəyə hazıram.

1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında SSRİ-nin saxlanıb-saxlanmaması haqqında referendumda respublikanın iştirakı məsələsi müzakirə ediləndə də Ulu Öndər buna etiraz etdi və fikrini xalqın müstəqillik yolunu seçdiyi ilə əsaslandırdı.

Sitat: Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O, öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır.

Naxçıvan MR Ali Məclisinin martın 14-də keçirilən sessiyasında referendumda iştirak etməmək qərara alındı. Martın 17-də isə Naxçıvandan fərqli olaraq, Azərbaycanın digər ərazilərində SSRİ-nin saxlanması barədə saxta referendum keçirildi.

İyulun 19-da Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxdığını bəyan etdi. O öz qərarını Bakıda törədilmiş 20 Yanvar qırğını, DQMV məsələsində Mərkəzi hökumətin ikiüzlü siyasəti, SSRİ-nin və respublikanın kommunist rəhbərliyinin Azərbaycanda ərazi bütövlüyünün müdafiəsinə yönəlmiş hərəkatı boğmaq cəhdləri ilə əlaqələndirdi.

Heydər Əliyev sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bu, milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri idi. Bununla bağlı keçirilmiş iclasda çıxış edən Ulu Öndər deyirdi: Mən hələ keçən il Moskvadan Azərbaycana gələrkən, jurnalistlərə verdiyim müsahibələrdə və görüşlərdə, bu ilin əvvəlində Azərbaycan Ali Sovetinin sessiyasında çıxış edərkən və nəhayət, son sessiyada bildirmişdim ki, Azərbaycana hakimiyyətə qayıtmaq üçün gəlməmişəm. Mən ancaq Azərbaycanın bu ağır dövründə, çətin vaxtında xalqıma kömək etmək, xidmət etmək üçün gəlmişəm. Mənə bir neçə dəfə Moskvada, elə burada da sual verilmişdi ki, bəs siz öz köməyinizi nədə görürsünüz? Cavab vermişdim ki, mən Azərbaycan xalqının hər bir tapşırığını yerinə yetirməyə hazıram...

Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifədən geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.

Ulu Öndər Ermənistan tərəfdən hücumlara məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətini gücləndirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə sonsuz inamı nəticəsində Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin ikinci sessiyasının “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməsi Naxçıvanda böyük sevinclə qarşılandı. Bununla bağlı Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına ünvanlandığı teleqramda yazılmışdı: “Biz bu gün xoşbəxtik ki, nəhayət, Azərbaycan Respublikası Ali hakimiyyət orqanı tərəfindən milli azadlıq niyyətlərimizin həyata keçirilməsi üçün ilk addım atılıbdır. Azərbaycan xalqı tam əmin ola bilər ki, naxçıvanlılar milli azadlıq hərəkatı uğrunda mübarizəni daha əzmlə davam etdirəcəklər”.

Naxçıvan Ali Məclisinin Sədri kimi Heydər Əliyev Türkiyə ilə əlaqələrə xüsusi önəm verirdi. Qardaş ölkə ilə muxtar respublikaya yardım krediti, humanitar kömək, elektrik enerjisi ilə təchiz etmək və digər məsələlər haqqında razılığa gəlindi. Naxçıvanda Türkiyədən gəlmiş dövlət qurumlarının təmsilçiləri, iş adamları ilə görüşlər keçirilirdi.

Oktyabrın 29-da Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış körpünün açılışı oldu. Ulu Öndər açılış mərasimində çıxış edərək muxtar respublikaya Türkiyənin qardaşlıq köməyini yüksək qiymətləndirdi.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərar ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti də qərar qəbul etdi.

Muxtar respublikanın düşmən hücumundan və sosial-iqtisadi böhrandan xilası istiqamətində mühüm qərarlar qəbul edən dahi rəhbər Azərbaycanı müstəqil görmək istəyirdi. Onun dünya azərbaycanlılarını birliyə səsləməsi, müstəqillik uğrunda mübarizə işinə hər kəsi töhfə verməyə çağırması bu arzudan irəli gəlirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür