Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin mayı

Bakı, 1 dekabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

3-5 may. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Belçikada rəsmi səfərdə oldu.

6 may. Cəbhə bölgəsində yaranmış vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirdi.

9 may. Bakı Ümumqoşun Komandirləri Məktəbində Həzi Aslanovun abidəsinin açılışında və C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbdə nitq söylədi.

12 may. Kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirdi.

14 may. Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsini qəbul etdi.

15 may. ABŞ Dövlət katibinin xüsusi müşaviri Ceyms Kollinzin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

17 may. Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı icraçı direktorunu qəbul etdi.

18 may. Milli Məclisin respublikada yaranmış ictimai-siyasi vəziyyətin müzakirəsinə həsr olunmuş iclasında iştirak etdi.

20 may. Əhalinin sosial müdafiəsini gücləndirmək və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşməsini təmin etmək tədbirlərinə həsr olunmuş müşavirə keçirdi.

21 may. Qurban bayramı münasibətilə Bibiheybət ziyarətgahında oldu, Zuğulbadakı pansionatda məskunlaşmış qaçqınlarla görüşdü.

22 may. Cəbhə bölgəsində yaranmış vəziyyətlə əlaqədar selektor müşavirəsi keçirdi.

23 may. Böyük Britaniyanın energetika nazirini qəbul etdi.

24 may. Bakıda Xəzər neft-qaz hasilatına dair “Xəzərneftqaz” I beynəlxalq sərginin açılışında çıxış etdi.

Xarici ölkələrin neft şirkəti və korporasiya rəhbərləri ilə görüşdü.

27 may. Respublika Gününə həsr olunmuş təntənəli yığıncaqda nitq söylədi.

28 may. Şəhidlər xiyabanını ziyarət etdi, şəhid anaları ilə görüşdü.

X X X

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının beynəlxalq birliyin tamhüquqlu üzvü olması üçün aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən NATO ilə əməkdaşlığa böyük əhəmiyyət verirdi. Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması üçün 1994-cü il mayın 3-dən 5-dək Belçikada rəsmi səfərdə oldu. Brüsseldə NATO Şurasının iclasında çıxış etdi, habelə Belçikanın Baş naziri Jak-Lük Dean, NATO-nun baş katibinin birinci müavini Serco Balantsino və Alyansın digər rəhbərləri ilə görüşlər keçirdi.

NATO Şurasının iclasında çıxış edən Heydər Əliyev Azərbaycanın daxili və xarici siyasətinin əsas prinsiplərini açıqladı.

Sitat: Azərbaycan daxili siyasətdə demokratik hüquqi dövlət quruculuğu yolu tutur, bəşəriyyətin nail olduğu demokratik dəyərlərdən istifadə etməklə şəxsiyyət azadlığı və insan hüquqlarının müdafiəsi, çoxpartiyalı sistem, siyasi plüralizm üçün şərait yaradır...

Azərbaycan Respublikası özünün xarici siyasətində dünyanın qarşılıqlı əlaqələri, qarşılıqlı asılılıq prinsipini əsas tutur, sülhsevər siyasət yeridir və suverenliyə hörmət etmək, bir-birinin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına əməl etmək prinsipləri zəminində bütün ölkələrlə mehriban münasibətlər saxlamağa çalışır.

Heydər Əliyev Brüsseldə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzaladı və bununla da NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün əlverişli şərait yarandı. Orada keçirdiyi mətbuat konfransında Azərbaycanın bu proqrama qoşulmasını, Avropaya inteqrasiyasını genişləndirməyi vacib hesab etdiyini bildirdi: “Biz bu sənədi imzalayarkən onu əsas tuturuq ki, gənc müstəqil Azərbaycan dövləti öz istiqlaliyyətini möhkəmlətmək yolu ilə, demokratiya, bazar iqtisadiyyatı yolu ilə, dünya birliyi, xüsusən Avropa, Qərb ilə inteqrasiyanı daha da genişləndirmək yolu ilə gedərək, “Sülh naminə tərəfdaşlıq” sənədi əsasında NATO ilə əməkdaşlıq şəraitində öz qarşısında duran vəzifələri yerinə yetirmək üçün daha geniş imkanlara malik olacaqdır”.

Heydər Əliyev Brüsseldə bütün görüşlərində və çıxışlarında diqqəti Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğuna yönəldir, həmçinin ozamankı Minsk qrupunun fəaliyyətsizliyini tənqid edirdi. Məsələn, “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədinin imzalanma mərasimində bəyanatla çıxış edən Ulu Öndər dedi ki, Azərbaycan Respublikası Minsk qrupunun fəaliyyətini dəstəkləmək üçün öz tərəfindən hər şey edir, ona mümkün olan bütün şəraiti yaradır: “Lakin nəzərə çarpdırmaq istəyirəm ki, hər dəfə Minsk qrupu toplaşdıqda dünya Ermənistan tərəfindən hərbi əməliyyatların daha da gücləndirilməsinin, yeni-yeni Azərbaycan ərazilərinin işğal edilməsinin şahidi olur. ATƏM-in (hazırkı ATƏT - red.) indiki sədrinin 1993-cü ilin oktyabrında bölgəyə səfəri və ya Minsk qrupunun bu ilin aprelində Praqada müşavirəsi keçirilən zaman və başqa vaxtlarda məhz belə olmuşdur. Minsk qrupunun nümayəndə heyəti aprelin 26-dan mayın 2-dək bölgədə idi. Biz ona hər cür kömək göstərdik. Əgər Minsk qrupunda təmsil olunmuş ölkələrin hamısı qanlı müharibəyə bacardıqca tez bir vaxtda son qoymaq və sülhün bərpasına başlamaq üçün möhkəm iradə ilə çıxış edərsə, mən əminəm ki, müvəffəqiyyət təmin olunar”.

Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də atəşkəs sazişi imzalandı. Beləliklə, müstəqilliyimizin ilk illərində ölkə iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə son qoyuldu.

Heydər Əliyev Azərbaycanda milli hərbi kadrların yetişdirilməsinə, gələcəyin zabitlərinin təhsilinə, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verirdi. Mayın 9-da Bakı Ümumqoşun Komandirləri Məktəbində Həzi Aslanovun abidəsinin açılış mərasimində çıxış edərkən hərbi peşənin xüsusiyyətləri, əsgər və zabitlərimizi necə görmək istədiyi barədə fikirlərini söylədi.

Sitat: Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir. İnsan həyatda çox peşələrlə məşğul ola bilər. Amma hər bir adam özünü hərbi işə, əsgəri işə, Vətəni müdafiə etmək işinə həsr edə bilməz. Bunu yalnız Vətənini həddindən artıq sevən, xalqına sadiq olan insanlar edə bilərlər. Mən sizi məhz bu cür görmək istəyirəm. Güman edirəm ki, siz elə də olacaqsınız.

Heydər Əliyevin C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbdə çıxışında söylədiyi digər bir fikir də artıq günümüzün reallığıdır: “Azərbaycan Ordusunun gözəl gələcəyi var, bu ordu daha da möhkəmlənəcək, yüksələcək, müstəqil Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qoruyacaq, respublikanın hərbi qüdrətini yüksəklərə qaldıracaqdır”.

1994-cü ilin mayı, həmçinin Bakıda dünyanın 20 ölkəsindən 180-dək şirkətin təmsil olunduğu “Xəzərneftqaz” I Beynəlxalq Sərginin açılışı ilə əlamətdar oldu. Sərginin açılış mərasimindəki nitqində Azərbaycanın neft sənayesinin tarixinə nəzər salan, neftçilərin əməyini yüksək qiymətləndirən Heydər Əliyev ölkəmizin neft sənayesinin inkişafında yeni mərhələ açıldığını bildirdi. Qeyd etdi ki, bu mərhələ Xəzər dənizində neft və qaz yataqlarının işlənməsində Qərbin iri neft şirkətlərinin fəal iştirakı ilə bağlıdır.

Bir müddət sonra - 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” Ulu Öndərin uzaqgörənliyinin və yeni neft strategiyasının uğurunun əyani təsdiqi oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər