Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin oktyabrı

Bakı, 2 mart, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

XXX

3 oktyabr - Prezident Heydər Əliyev Almaniyanın milli bayramı münasibətilə təşkil olunan rəsmi qəbulda çıxış etdi.

4 oktyabr - Rumıniya Senatının sədri Petre Romanın rəhbərlik etdiyi parlament nümayəndə heyətini qəbul etdi.

8 oktyabr - Böyük Britaniyanın “Asprey” şirkətinin sədri Con Aspreylə görüşdü.

9-10 oktyabr - Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Strasburqda səfərdə oldu.

12 oktyabr - Avropa Şurası və Avropa İttifaqı ilə Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirdi.

15 oktyabr - Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş tədbirdə nitq söylədi.

16 oktyabr - Bakı Elektrik Maşınqayırma Zavodunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə çıxış etdi.

17 oktyabr - Dünyaşöhrətli bəstəkar və müğənni Müslüm Maqomayevin 55 illik yubiley mərasimində iştirak etdi.

18 oktyabr - ABŞ-nin NATO-dakı səfiri Robert Hanterlə görüşdü.

22-23 oktyabr -MDB dövlət başçılarının Moldovada keçirilən Zirvə görüşündə iştirak etdi.

24 oktyabr - Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul etdi.

28-29 oktyabr - Azərbaycan ədəbiyyatının yaşlı və gənc nəslinin nümayəndələri ilə görüşdü.

29 oktyabr - Türkiyə Cümhuriyyətinin 74-cü ildönümü münasibətilə təşkil edilən rəsmi qəbulda nitq söylədi.

30 oktyabr - Azərbaycan Yazıçılarının X qurultayında çıxış etdi.

X X X

Prezident Heydər Əliyev bütün xarici səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmiz haqqında həqiqətləri dünyaya çatdırmağa çalışırdı. Ulu Öndərin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün 1997-ci il oktyabrın 9-10-da Strasburqa səfəri də bu baxımdan istisna təşkil etmədi. Səfər çərçivəsində Avropa Şurasının, Avropa İttifaqının, həmçinin bir çox Avropa ölkələrinin rəhbərləri, o cümlədən Fransa, Polşa və Finlandiya prezidentləri ilə görüşən Heydər Əliyev Ermənistanın əsassız ərazi iddialarına, hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın sülh tərəfdarı olduğunu vurğuladı.

Prezident Heydər Əliyev oktyabrın 11-də Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə nitq söylədi. Çıxışında müstəqil dövlətlərin Avropaya inteqrasiyasında Avropa Şurasının rolunu yüksək qiymətləndirərək dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın keçid dövründə üzləşdiyi obyektiv çətinliklərdən danışdı. Qeyd etdi ki, bu çətinliklərə baxmayaraq, Azərbaycanda demokratik islahatlar uğurla aparılır, respublika vətəndaşlarının mütləq əksəriyyəti islahatlar prosesini qətiyyətlə dəstəkləyir.

Sitat: Avropanın ayrılmaz hissəsi olan Azərbaycan özünün bütün tarixi ərzində onunla əlaqələri inkişaf etdirib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra mürəkkəb və gərgin bir yol keçib. Keçid dövrünün çətinlikləri, daxili siyasi sabitliyin olmaması, qanunsuz silahlı birləşmələrin azğınlığı, dəfələrlə dövlət çevrilişləri edilməsi, sosial-iqtisadi böhran, qonşu Ermənistanın təcavüzünün dağıdıcı nəticələri, özbaşınalıq və hərc-mərclik, insan hüquqlarının kütləvi şəkildə pozulması şəraiti yaratmış, Azərbaycan dövlətçiliyinin mövcudluğunu təhlükə qarşısında qoymuşdu. Biz böyük səylər bahasına ölkədə vəziyyəti qısa müddətdə sabitləşdirə və demokratik, hüquqi, dünyəvi dövlət və bazar iqtisadiyyatı qurulmasına yönəldilmiş əsaslı siyasi və iqtisadi islahatların həyata keçirilməsinə başlaya bildik”.

Ölkəmizdə demokratik seçkilər əsasında parlament formalaşdırıldığını və demokratiya yolunda digər addımlar atıldığını diqqətə çatdıran Heydər Əliyev Azərbaycanın Avropa Şurasının üzvü olmaq istədiyini, demokratik dəyişikliklərin inkişafında təşkilatın dəstəyinə böyük ümid bəslədiyini vurğuladı.

Azərbaycan dünyaya bir çox mütəfəkkirlər, yazıçı və şairlər bəxş edib. Xüsusən Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mədəni və ədəbi irsimiz, ədəbiyyat, rəssamlıq, teatr, musiqi və kino sənəti yeni intibah mərhələsini yaşayıb. Ədəbiyyatımızın milli ruhun formalaşmasında rolunu nəzərə alan Heydər Əliyev Azərbaycan Yazıçılarının X qurultayı ərəfəsində həm yaşlı nəsildən, həm də gənc nəsildən olan yazıçıların nümayəndələri ilə ayrı-ayrılıqda görüşdü. Söhbət əsnasında ədəbiyyatın cəmiyyətə və insanlara təsiri barədə fikirlərini onlarla bölüşdü. Müasir dövrün çətinliklərindən, Yazıçılar Birliyinin fəaliyyətindən danışaraq əminliklə bildirdi ki, ədəbiyyatımız, mədəniyyətimiz əsrlər boyu çox ağır sınaqlardan, mərhələlərdən keçərək, yaşadığı kimi, bu gün də bu çətin dövrü birlikdə yaşayıb keçəcəyik. Yazıçılarımız öz vətəndaşlıq borcunu daim layiqli yerinə yetirəcək, xalqla birlikdə olacaq, millətin qayğıları ilə yaşayacaqlar.

Sitat: “Biz müstəqil dövlətik. Ancaq keçmişdən bizə bu gün və gələcək üçün yararlı olan vasitələri, qurumları yaşatmalı, istifadə etməliyik. Azərbaycanda Yazıçılar İttifaqı 1934-cü ildə yaranıb. İndi 1997-ci ildir, əsr sona çatır. Yazıçılar İttifaqının yaşamasında bir neçə nəsil öz xidmətlərini göstərib. Yazıçılar İttifaqı yazıçıların yaşaması, inkişaf etməsi, yaradıcılıqla məşğul olması üçün çox işlər görüb. Burada məlumat verildi ki, gənclərdən 100 nəfər Yazıçılar Birliyinə üzv olmaq istəyir. Bu, çox sevindirici haldır. Demək, bu Birliyə inam, etibar var və insanlar bu Birlikdə olmaq istəyirlər”.

Ulu Öndər yazıçılarla görüşləri zamanı onu da vurğuladı ki, ədəbiyyatı, mədəniyyəti, bədii əsərləri, yüksək incəsənət əsərlərini yaradan insanlardan həmişə fədakar olurlar. Yəni, onlar fitri istedadı ilə bərabər fədakar olmasalar, böyük sənətkar da ola bilməzlər. Heydər Əliyev, eyni zamanda, gənc nəslin ədəbiyyata böyük marağını, həvəsini və yazmaq arzusunu çox sevindirici hal kimi dəyərləndirdi.

Azərbaycan Yazıçılarının X qurultayındakı çıxışında Ulu Öndər ədəbiyyat nümunələrini milli özünüdərkin formalaşmasında rolunu bir daha vurğuladı. Vaxtilə Azərbaycan yazıçılarının qurultayında iştirak etdiyini xatırladaraq, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında, vətəndaşlarımızın vətənpərvərlik ruhunda tərbiyələndirilməsində yazıçıların üzərinə düşən məsuliyyətdən söhbət açdı.

Sitat: “Mən çox sevinirəm və xoşbəxtəm ki, ilk dəfə Azərbaycanın yazıçılarının qurultayında 27 il bundan əvvəl nitq söyləmişəm, o qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda da daim iştirak etmişəm, yazıçılarımızla, şairlərimizlə, mədəniyyət xadimləri ilə bir yerdə olmuşam, bu gün də sizinlə bir yerdəyəm. Bunun da səbəbi var. Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olub…

İndi ən ümdə vəzifəmiz, ən şərəfli borcumuz hüquqi, dünyəvi, demokratik dövləti yaratmaqdır. Bu işdə hamımız çalışmalıyıq, bir olmalıyıq”.

“Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir”, - deyən Ümummilli Lider milli ordu quruculuğu, peşəkar hərbçi kadrların hazırlanması məsələsini daim diqqətdə saxlayırdı. Bu baxımdan Heydər Əliyevin 1997-ci il oktyabrın 15-də Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş tədbirdəki çıxışı diqqət çəkir. Ulu Öndər çıxışında qeyd etdi ki, torpaqlarımızın 20 faizinin işğal olunmasının və böyük itkilər verilməsinin əsas səbəbi vaxtilə dövlət quruculuğu prosesində, silahlı qüvvələrdə buraxılmış səhvlərdir. Azərbaycan xalqının mərd, döyüşkən xalq olduğunu bildirən Heydər Əliyev ordu quruculuğunda görülən işlərdən, əldə olunan nəticələrdən danışdı. Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbinin peşəkar kadrların hazırlanmasında rolunu qeyd edərək vurğuladı ki, artıq nizami ordu yaranıb və bu ordu hər vasitə ilə gücləndirilməlidir. Ordumuz dövlətimizin müstəqilliyinin tam qarantı olmalıdır.

X X X

Heydər Əliyevin Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışına həsr olunmuş tədbirdəki nitqindən

*Müstəqil Azərbaycan Respublikasının ən vacib, ən böyük sahəsi onun Silahlı Qüvvələridir, Milli Ordusudur. Hər bir dövlətin müstəqilliyinin rəmzi, təminatçısı onun silahlı qüvvələridir. Etibarlı, güclü, vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz.

*İndi tam qətiyyətlə deyə bilərik ki, artıq Azərbaycanda nizami ordu yaranıb, Azərbaycanın torpaqlarını, hüdudlarını, ölkəmizin dövlət müstəqilliyini mühafizə edə bilən, qoruya bilən silahlı qüvvələr yaranıb. Biz bu nailiyyətlərin şahidiyik. Ancaq bunlar bu sahədə görülən işlərin hələ başlanğıcıdır.

*Biz ordumuzu, silahlı qüvvələrimizi cinayətkar, xəyanətkar qüvvələrdən, xarici ölkələrin təxribat, pozucu tədbirlərindən daim qorumalıyıq. Bu vəzifə bizim qarşımızda daim durur. Hər bir zabit, hər bir vəzifəli şəxs, eyni zamanda, hər bir əsgər bunu bilməlidir. Bizim müstəqilliyimizə qısqanclıq edən, bəlkə də daha doğru olar desəm ki, bu müstəqilliyimizi pozmaq istəyən xarici və daxili qüvvələr hələ mövcuddur. Ona görə də biz dövlət quruculuğu işlərini həyata keçirərək, ordumuzun bundan sonra da inkişaf etdirilməsi tədbirlərini həyata keçirərək heç vaxt sayıqlığı itirməməliyik və özümüzü bütün mümkün bəlalardan daim qorumalıyıq.

*Biz Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdik və bu il onun 25 illiyi tamam olur. Biz onun 25 illik yubileyini qeyd edəcəyik. Çünki bu 25 il müddətində o məktəbin xidmətləri, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra, Azərbaycan öz Milli Ordusunu yaratmağa başlayan zaman və indinin özündə o məktəbin xidmətləri göz qabağındadır.

* Bu (Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışı-red.), Azərbaycan milli ordusunun bu sahədə ilk addımıdır. Amma hesab edirəm ki, bu, çox yaxşı başlanğıcdır. Bunun böyük gələcəyi var. Mən bu gələcəyi açıq-aydın görürəm. Əgər biz bu qısa müddətdə azərbaycanlılardan, Azərbaycan gənclərindən təyyarələri, hərbi təyyarələri, döyüş təyyarələrini idarə edə bilən və havada döyüş apara bilən, yaxud hava qüvvələri ilə ölkəmizin müdafiəsini təmin edə bilən mütəxəssislər hazırlaya bilmişiksə, bu, böyük nailiyyətdir. Eyni zamanda, bu da dövlət müstəqilliyimizin bizə verdiyi bəhrələrdir.

*Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlının istedadı, qabiliyyəti havanı, səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Mən əminəm ki, bu, belə də olacaqdır. Çünki mən bizim Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək olmasını, həm də xaraktercə, xasiyyətcə cəsur olmasını yaxşı bilirəm. Bunu bir çox azərbaycanlılar dəfələrlə, tarix boyu öz cəsurluğu ilə dünyaya nümayiş etdiriblər. Mən tam əminəm ki, bu gün də, gələcəkdə də bizim gənclərimiz bunu nümayiş etdirəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göygölə dolu düşüb - FAKTİKİ HAVA

Heydər Əliyev Beynəlxalq Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu – RƏY

Qubada Milli Qəhrəman Rafiq Nəsrəddinovun 65 illik yubileyi qeyd olunub

Münxendə 191-ci Oktoberfest start götürüb

Şair Ramaldanov: Antiterror tədbirləri Azərbaycanın bütün ərazilərində dövlət suverenliyini tam bərpa edib

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Qaxda yol qəzasında xəsarət alan qadın xəstəxanada vəfat edib YENİLƏNİB VİDEO

Türkiyədə “Prezident Administrasiyasının arxivindən fotolarla. Demokratiyaya vurulan zərbə: 27 May” kitabı nəşr olunub

Türk dövlətləri ilə əlaqələrin dərinləşdirilməsi prioriteti olaraq qalır – ŞƏRH

Əmək münasibətlərində gender bərabərliyi necə təmin edilməlidir?

“Qədim daşlar arasında” klassik musiqi

Həkəri çayında batan şəxsin meyiti tapılıb

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Azərbaycan veteranları Türkiyədə Veteranlar Günü tədbirinə qatılıblar VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

Antiterror əməliyyatının iştirakçısı: Yaralandığımızı heç birimiz hiss etmədik VİDEO

“Sanki 24 günü 24 saata sığdırdıq” - Xüsusi Təyinatlı Qüvvələrin baş giziri antiterror döyüşlərindən danışır

Türkiyədə “Ağıllı Şəhərlər Fəaliyyət Planı” qüvvəyə minib

Ülviyyə Əliyeva: Artıq 18 ildir “Arşın mal alan”da Telli rolunu ifa edirəm

“Suverenlik və milli güc amili” - Elçin Mirzəbəyli yazır

Emin Bağırov: 20 Sentyabr Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təsdiqləyən tarixi gündür

Azərbaycan türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə töhfə verir – ŞƏRH

AMEA rəhbərliyi və Şərqşünaslıq İnstitutunun kollektivi Aida İmanquliyevanın məzarını ziyarət edib

“Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

ASELSAN yeni “SMASH 300” silah sistemini təqdim edib

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.C.Cavadovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Rumıniya mətbuatı: Azərbaycan qazı qış ərəfəsində ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır

Prezidentin xüsusi nümayəndəsi Rumıniyada bir sıra görüşlər keçirib

Politoloq: Türk Dövlətləri Təşkilatı əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Eritreyaya qarşı tətbiq olunan ABŞ sanksiyaları ləğv olunub

Ombudsman: Erməniəsilli məhkumların hüquqları ayrı-seçkiliyə yol verilmədən təmin edilir

Donald Tramp “CNN”, “MS NOW” və “Politico”nun Ağ Evə girişini qadağan edir

Təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi TDT üçün çox vacibdir - ŞƏRH

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Eşqi Bağırov: Müəllimlərin peşəkarlığı, sertifikasiyası və idarəçilərin formalaşdırılması əsas fəaliyyətlərimizdən olacaq VİDEO

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Bazar gününün hava proqnozu açıqlanıb

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Eşqi Bağırov: Təxminən 91 min müəllim sertifikatlaşdırma prosesindən uğurla keçib VİDEO

Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası olub

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Ucqar kənd məktəblərində müəllimlərə olan ehtiyac necə aradan qaldırılır? - Eşqi Bağırov izah edib VİDEO

Suriyada silah anbarında partlayış baş verib, ölənlər var

Qazaxda doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Dörd yaşında yarımçıq qalan ömür

Milli Kitabxana “Üzeyir Hacıbəyli: milli musiqi irsinin memarı” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim edib

Bu saata olan əsas xəbərlər

Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının açılış mərasimi keçirilib - YENİLƏNİB

“Turkic Music Awards” mükafatı təsis ediləcək

Sentyabrın 19-u Beynəlxalq Cərrahlar Günüdür

Milli Kitabxanada Dövlət Suverenliyi Gününə həsr olunan virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb

Bülbülün Memorial Muzeyində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

FHN Dövlət Suverenliyi Günü münasibətilə tədbirlər keçirib

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ağdərə Qarabağın yaşıl enerji mərkəzinə çevrilir VİDEO

Ehtiyatda olan gizir: Həmin an içimdə bir səs vardı – İrəli, ancaq irəli!

DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Regionlarda əhalinin kibertəhlükəsizlik üzrə hazırlıq səviyyəsi qiymətləndirilib

Abdulhakim Al Sənan: Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Qarabağda son döyüş: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır VİDEO

Prezident İlham Əliyevin TDT üçün irəli sürdüyü təhlükəsizlik doktrinası – TƏHLİL

Murad Hüseynov: I Türk Dünyası Bəstəkarları Qurultayı yaradıcı potensialları birləşdirməyə töhfə verən beynəlxalq əməkdaşlıq məkanıdır

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb VİDEO

Ankara Universitetində Əhməd Ağaoğlunun barelyefi və auditoriyası açılıb VİDEO

Aktotı Raimkulova: Türk dünyasının musiqi diplomatiyası tarixində yeni səhifə açılır

Azərbaycanı təmsil edən idmançı İsveçdə ciu-citsu turnirinin qalibi olub

Azərbaycan və Özbəkistan arasında QHT sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Pekində Azərbaycan muğamı və Çin musiqisi bir səhnədə səslənib VİDEO

Nazir müavini: IT əmək bazarının tələb və təklifi arasında böyük fərq var

ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq

Bakıdakı avtobus sürücülərinin musiqi ifası Türkiyə mediasının diqqətini cəlb edib

Gəncədə dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Antiterror tədbirləri: DİN-in döyüş yolu

Əziz Ələkbərli: Ermənistan 44 günlük müharibənin dərslərindən qətiyyən nəticə çıxarmayıb

Pakistanda məscidin yaxınlığında törədilən terrorda ölənlərin sayı 31 nəfərə çatıb

Razi İbrahimov: Xocalı istiqamətində döyüşlər zamanı keçirdiyim hissləri heç vaxt unutmayacağam

Bir sutkada qazanılan tarixi Zəfər

Akademik Gövhər Baxşəliyeva: Onun yoxluğu ilə hələ də barışa bilmirik

® Gənc rejissor Ayan Məlikin “Layla” adlı filminin təqdimatı olub

Tramp: Polşa xarici təhdidlərin öhdəsindən gələ bilər

Tarixçi-şərqşünas: Aida xanımın nurlu xatirəsi mənə yol göstərməkdə davam edir

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Hörmüz boğazında gəmiçilik trafiki müharibədənəvvəlki səviyyədən 90 faiz aşağıdır

ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib

Tramp Si Cinpini hava limanında şəxsən qarşılayacaq

Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Almaniya ilk “F-35A” qırıcısını ABŞ-dən təhvil alıb

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub