Xankəndidə zərərverici ilə mübarizəyə həsr olunan maarifləndirici görüşlər keçirilib
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları ilə birgə Xankəndi şəhər əhalisi, o cümlədən Qarabağ Universitetinin tələbələri ilə qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə maarifləndirici görüşlər keçiriblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı zərərvericinin morfologiyası, yayılma yolları və qarşısını almaq üçün zəruri mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, maarifləndirici kitabça və bukletlər paylanılıb.
Həmçinin yaşayış evlərində, köhnə tikililərdə, binalarda zərərvericinin mövcudluğunu müəyyən etmək məqsədilə monitorinqlər aparılıb.