Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışı

Xarici İşlər Nazirliyinin 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışı

Bakı, 12 yanvar, AZƏRTAC 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2015-ci ilin yekunlarına dair mətbuat buraxılışı hazırlayıb. Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

Mətbuat buraxılışında bildirilir ki, 2015-ci il mürəkkəb geosiyasi proseslər, beynəlxalq müstəvidə qlobal qarşıdurmaların artma tendensiyaları, regional silahlı münaqişələr, beynəlxalq terrorçuluq və dini ekstremizmin kəskinləşməsi, maliyyə-iqtisadi böhranın dərinləşməsi, kütləvi miqrasiya və humanitar böhranlarla yadda qalıb.

Dünya siyasətində dövlətlərin daxili işlərinə müdaxilə və suveren hüquqlarına məhəl qoyulmaması, həmçinin ikili standartların tətbiqinin güclənməsi şəraitində Azərbaycanın xarici siyasət fəaliyyəti milli maraqların qorunması və təhlükəsizliyin möhkəmlənməsi, ölkənin iqtisadi inkişafı üçün münbit şəraitin yaradılması, əhalinin sosial rifahının yaxşılaşdırılması və respublikanın bütün sahələrdə potensialının daha geniş şəkildə təşviq olunmasına yönəlib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının iradəsi, maraq və dəyərləri əsasında həyata keçirilən müstəqil xarici siyasət kursu cari beynəlxalq münasibətlər sistemində cərəyan edən ziddiyyətli proseslərin mənfi amillərinin təsirinin azaldılmasına, ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında münasibətlərin inkişafına, iqtisadi-ticarət və humanitar əlaqələrin genişlənməsinə xidmət edib. İl ərzində əldə olunan nailiyyətlər ölkənin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi, iqtisadi-sosial sabitliyin təmin olunması, həmçinin qanunun aliliyi və vətəndaşların hüquq və maraqlarının təmin edilməsi imkanlarının daha genişlənməsinə əsas yaradıb.

Diplomatik fəaliyyətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin gücləndirilməsi üzərində cəmləşib. 2015-ci il bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təsisatların qərarları ilə səciyyəvi olub.

2015-ci il mayın 27-28-də keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının iclasında qəbul edilən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və onun nəticəsində ölkəmizin ərazilərinin işğal altında qalması qətiyyətlə pislənilib. Münaqişənin Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün aradan qaldırılması zərurəti Avropanın mühüm siyasi və hüquqi təsisatlarının 2015-ci ildə qəbul etdiyi qərarlarında da öz əksini tapıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il 16 iyun tarixli qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiqləyərək, Ermənistanın Azərbaycan ərazilərini zəbt etmədiyinə dair iddialarını rədd edib. Bu ölkənin münaqişənin ilk günlərindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma separatçı qurum üzərində həlledici təsirə malik olduğunu və işğal edilmiş ərazilərdə effektiv nəzarəti həyata keçirdiyini təsbit edib. Bununla, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılmış və etnik təmizləmə daxil olmaqla digər kobud pozuntularla müşayiət olunan Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini hüquqi əsaslandırıb.

Dövlətlərin ərazi bütövlüyünə qarşı güc tətbiq olunmasının qəbuledilməzliyi və bu vasitə ilə yaradılmış vəziyyətin qeyri-qanuniliyi 2015-ci il iyulun 5-9-da keçirilmiş ATƏT-in Parlament Assambleyasının iclasında qəbul edilən “ATƏT məkanında dövlətlərarası münasibətlərdə Helsinki Prinsiplərinə sadiqlik haqqında” qətnamədə xüsusi vurğulanıb. Azərbaycan Respublikasının müəllifi olduğu bu qətnamədə ATƏT məkanındakı münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə və münaqişə nəticəsində öz yurd-yuvalarından zorla qovulmuş məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma torpaqlarına qayıtmaq hüququna dəstək ifadə olunub.

2015-ci il noyabrın 4-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məsələlər və demokratiya komitəsi “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan ərazilərini 20 ildən artıq müddətdə işğal altında saxlaması, həmçinin Azərbaycana qarşı yürütdüyü hərbi təcavüz və etnik təmizləmə siyasəti pislənilir və Ermənistanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində effektiv nəzarət həyata keçirdiyi qeyd olunur. Eyni zamanda, layihədə Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd olunan qərarı və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilərək Ermənistanın işğalçı qoşunlarının Azərbaycanın bütün işğal olunmuş bölgələrindən çıxarılması və bu ərazilər üzərində Azərbaycan Respublikasının tam suverenliyinin bərpa olunmasına dair çağırış öz əksini tapib. Siyasi məsələlər və demokratiya komitəsi ilə yanaşı, AŞPA-nın sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsi Azərbaycanın işğal olunmuş ərazilərində aparılan qeyri-qanuni fəaliyyət nəticəsində yaranmış humanitar və ekoloji böhranla bağlı 2015-ci il noyabrın 23-də “Azərbaycanın cəbhə bölgələrində sakinlərin qəsdən sudan məhrum edilməsi” adlı qətnamə layihəsini təsdiq edib. Layihədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və burada qəsdən ekoloji böhran yaradaraq həmin ərazilərdə yaşayan əhalinin normal həyatını qeyri-mümkün etməsi “ekoloji təcavüz” kimi qətiyyətlə pislənilir. Həmçinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təsir və yaxud təzyiq vasitəsi kimi istifadəsinin dayandırması tələb edilir. Qeyd olunan hər iki qətnamə layihəsi AŞPA-nın 2016-cı ilin yanvar ayında keçiriləcək sessiyasında qəbul edilməsi üçün müzakirəyə çıxarılacaq.

Beynəlxalq birliyin tələb, təkid və çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz qeyri-qanuni fəaliyyətini davam etdirib və ötən il bu ərazilərdə qondarma “seçkilər”in keçirilməsinə cəhd göstərib. Beynəlxalq hüquqa zidd olan bu addımlar dünya birliyi tərəfindən birmənalı qaydada pislənilib. İƏT, ATƏT, Avropa İttifaqı və NATO rəsmiləri işğal olunmuş ərazilərdə keçirilən qondarma “seçkilər”i tanımadıqlarını və qeyri-qanuni hesab etdiklərini bildiriblər. Eyni zamanda, ABŞ, Fransa, Rusiya, Türkiyə və bir çox digər ölkələr bu “seçkilər”i tanımadıqlarını bəyan ediblər.

Ermənistanın təcavüzkar siyasəti və onun nəticələri haqqında aparılan maarifləndirmə tədbirləri çərçivəsində Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması istiqamətində fəal işlər davam etdirilib, bu faciənin anılması üçün müxtəlif ölkələrdə çoxsaylı tədbirlər keçirilib. Xocalı soyqırımı ilə bağlı İƏT Nazirlər Şurası xüsusi qətnamə qəbul edib və Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün üzv ölkələri lazımi səylər göstərməyə çağırıb. Bununla yanaşı, Qvatemala Konqresində, həmçinin ABŞ-ın Pensilvaniya ştatının Nümayəndələr Palatasında və Arizona ştatının Senatında Xocalı soyqırımına dair qətnamələr qəbul edilib. ABŞ-ın Konnektikut ştatının Nümayəndələr Palatası Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib, Corciya və Yuta ştatlarının qubernatorları isə Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanatla çıxış ediblər.

Beynəlxalq sülh, sabitlik və inkişafın təmin edilməsinə çalışan Azərbaycan öz geniş imkan və potensialını regional və beynəlxalq səviyyədə reallaşdırması məqsədilə siyasi, iqtisadi və humanitar əməkdaşlığa önəm verməklə ikitərəfli və çoxtərəfli əlaqələrini daha da genişləndirib.

Cari il iyun 12-28-də 50 ölkəni təmsil edən 6000-dən çox idmançının iştirakı ilə Azərbaycanda keçirilən ilk Avropa Oyunları özündə ümumbəşəri dəyərləri cəmləşdirib. Azərbaycan universal Olimpiya prinsipləri, eləcə də beynəlxalq sülhün, dostluğun, tolerantlığın və qarşılıqlı anlaşmanın təşviqinə və təbliğinə verdiyi böyük töhfəni qabarıq şəkildə nümayiş etdirib. Bu tarixi və mötəbər hadisə ilə yanaşı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, III Qlobal Bakı Forumu, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının illik toplantısı, Ombudsmanların Bakı Beynəlxalq Konfransı, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş konfransı, Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisi və digər irimiqyaslı beynəlxalq tədbirlərin Azərbaycanda uğurla keçirilməsi ölkənin yüksələn beynəlxalq nüfuzunun, geniş imkan və bacarıqlarının bariz nümunəsidir.

2015-ci il noyabrın 1-də 503 beynəlxalq müşahidəçinin iştirakı ilə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilməsi ölkədə aparılan səmərəli quruculuq, həmçinin qanunun aliliyi, insan hüquqları və demokratiyanın inkişafının aşkar göstəricisidir. Beşinci çağırış Milli Məclisə seçkilərlə bağlı Avropa Şurasının Parlament Assambleyası seçkilərin bütün ölkə üzrə dinc və nizamlı şəkildə, eləcə də beynəlxalq standartlara və Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirildiyini bəyan edib. AŞPA seçici fəallığının əhəmiyyətli dərəcədə artmasını, həmçinin səsvermə və səslərin hesablanmasında şəffaflığın təmin edilməsini ədalətli və demokratik seçkilər sahəsində atılan daha bir qabaqcıl və müsbət addım kimi dəyərləndirib, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini qeyd edib. Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Müstəqil Dövlətlər Birliyi və digər beynəlxalq qurumların parlament təsisatları da seçkilərin şəffaf və demokratik şəkildə keçirildiyini qeyd ediblər.

Aparıcı dünya güclərinin geosiyasi maraqlarının kəsişdiyi mərkəzdə yerləşən Azərbaycan çoxşaxəli əməkdaşlıq strategiyasına cavab verən məqsədyönlü siyasətini davam etdirərək xüsusi diqqəti bərabərhüquqlu və qarşılıqlı maraqlara əsaslanan iqtisadi əməkdaşlığın inkişafı, enerji təhlükəsizliyinin təminatı və transregional infrastruktur layihələrinin irəliləməsinə ayırıb. Ölkə iqtisadiyyatının potensialının xaricdə təbliğ olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, Azərbaycanda istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edib.

Azərbaycan Respublikasının xarici ölkələrlə ticarət-iqtisadi əlaqələrinin inkişafı məqsədilə 2015-ci il ərzində 11 ölkə (Belarus, Macarıstan, Avstriya, Çexiya, Serbiya, Rusiya, Qazaxıstan, Çin, İran, Türkmənistan, Səudiyyə Ərəbistanı) ilə birgə hökumətlərarası iqtisadi komissiyanın və iki işçi qrupun (Almaniya və Çinin Sincan-Uyğur Muxtar Rayonu) iclası keçirilib. Habelə işgüzar dairələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində 9 biznes forum (İran, Səudiyyə Ərəbistanı, Avstriya, Belçika, Sinqapur, Niderland, Belarus, Çexiya, Rusiya ilə) təşkil edilib. Keçirilən görüşlərdə Azərbaycanın ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat, informasiya və telekommunikasiya texnologiyaları, kənd təsərrüfatı və aqrar sənaye, turizm və elmi-texniki sahələri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə razılaşmalar əldə olunub və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.

Əhalinin iqtisadi-sosial rifahının yaxşılaşdırılması, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsində görülmüş işlərə görə Azərbaycan 2015-ci ildə BMT Baş Assambleyasının “Cənub-Cənub” mükafatına layiq görülüb.

Şərqi Avropa ölkələri arasından yalnız Azərbaycan Respublikasının dünya iqtisadiyyatının 90 faizini və beynəlxalq ticarətin 80 faizini özündə birləşdirən G20-yə üzv ölkələrin noyabrın 15-16-da Türkiyədə keçirilən Zirvə görüşünə xüsusi qonaq qismində dəvət olunması ölkəmizin təmsil olunduğu regionda və beynəlxalq müstəvidə oynadığı mühüm rolun və artan beynəlxalq nüfuzunun göstəricisidir.

Strateji coğrafi məkanda yerləşən Azərbaycan nəqliyyat potensialını və tranzit imkanlarını səmərəli istifadə edərək bu sahədə öz rəqabət qabiliyyətliliyini yüksəltmək məqsədilə səylərini davam etdirib. 2015-ci il avqustun 3-də Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə hərəkət edən ilk sınaq konteyner qatarının Bakı Beynəlxalq Ticarət Limanına çatması yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyanı birləşdirən mühüm transregional nəqliyyat dəhlizinin reallığa çevrilməsi baxımından əlamətdar hadisə olub.

Azərbaycan Respublikası universal, regional beynəlxalq təşkilatlar və forumlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İƏT, ATƏT, Avropa Şurası, QDİƏT, İƏT, TDƏŞ, GUAM, AQEM və s. çərçivəsində fəal iştirak edib, qlobal çağırışların aradan qaldırılması və mövcud problemlərin həllinə töhfə verib. 2015-ci il iyulun 9-10-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Azərbaycan bu təşkilatın dialoq tərəfdaşı statusuna yiyələnib.

Regional təhlükəsizliyin təmin olunması, ticarət, energetika və nəqliyyat sahələri daxil olmaqla iqtisadi münasibətlərin təşviqi, ətraf mühitin qorunması və humanitar əlaqələrin gücləndirilməsinə yönələn müxtəlif regional formatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edib. Bu xüsusda, Türkiyə, Gürcüstan və Xəzəryanı ölkələrlə uğurlu əməkdaşlıq aparılıb. Qonşu və digər region ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında siyasi, iqtisadi, humanitar, elmi və mədəni sahələrdə tərəfdaşlıq münasibətləri inkişaf etdirilib.

2015-ci il ərzində Azərbaycana Türkiyə, Rusiya, Pakistan, Fransa, Vyetnam, Çexiya, Bolqarıstan, Bosniya və Herseqovina, Makedoniya, Belarus, Serbiya, Türkmənistan, Tacikistan və Monteneqronun dövlət başçıları, Lüksemburqun Böyük Hersoqu, Monako və İordaniya şahzadələri, İtaliya, Malta, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Rumıniyanın hökumət rəhbərləri, Macarıstan, Slovakiya, Lixtenşteyn və Avstriyanın parlament rəhbərləri, Sudan, San Marino, Kosta-Rika və İranın xarici işlər nazirləri səfər ediblər.

Ötən il Azərbaycanın Slovakiya və Peruda diplomatik ofisləri fəaliyyətə başlayıb, Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı səfiri eyni zamanda Svazilend Krallığında, Braziliyadakı səfiri eyni zamanda Trinidad və Tobaqoda, Malayziyadakı səfiri eyni zamanda Myanmada və Türkmənistandakı səfiri eyni zamanda Əfqanıstanda akkreditə olunub, həmçinin İtaliyanın Kataniya şəhərində Azərbaycanın fəxri konsulu təyin edilib. Bununla yanaşı, Bakıda Əlcəzair və Portuqaliyanın diplomatik ofisləri açılıb.

2015-ci il Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti üçün də məhsuldar olub. Universitet tanınmış beynəlxalq ali təhsil müəssisələri, o cümlədən Kaunas Texnologiya Universiteti, Hayfa Universiteti, Riqa İqtisadiyyat Universiteti, Koç Universiteti, eləcə də İndoneziya və Monteneqronun Diplomatik akademiyaları ilə anlaşma memorandumları imzalayıb. Bu kimi memorandumların ümumi sayı 42-yə çatıb. İl ərzində ADA-nın Qabaqcıl Xarici Xidmət Proqramı çərçivəsində 27 yüksək və 52 orta vəzifəli diplomat, həmçinin 29 dövlət qulluqçusu üçün müxtəlif mövzularda təlim kursları keçirilib. Bununla yanaşı, ADA Universiteti BMT-nin Narkotiklər və Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin konfransı, Rusiya-Azərbaycan Universitetləri Forumu, Vyetnam-Azərbaycan Forumu, Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə humanitar hüquq üzrə yay məktəbi və digər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib.

2015-ci ildə xarici siyasətin vacib sahələrindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi vəziyyətinin yaxşılaşdırılması, onlara mülki, ailə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, xarici ölkələrdə üzləşdiyi çətinliklərin aradan qaldırılması, Azərbaycan Respublikasının ümumvətəndaş pasportu və vətənə qayıdış şəhadətnamələri ilə təmin edilməsi, həmçinin konsul uçotunun “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi vasitəsilə rəsmiləşdirilməsi istiqamətində konsulluq xidmətinin səmərəliliyi və intensivliyinin artırılması diqqət mərkəzində saxlanılıb və bu sahədə lazımi tədbirlər həyata keçirilib.

Bu il Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və milli maraqlarının beynəlxalq aləmdə layiqincə təmin edilməsi və qorunması məqsədilə apardığı çevik və praqmatik xarici siyasət və diplomatik fəaliyyətini artan templə davam etdirəcək. Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin aradan qaldırılması prioritet vəzifə kimi qalacaq. Əsas səylər ikitərəfli və çoxtərəfli münasibətlərdə tarazlaşdırılmış və bərabərhüquqlu əməkdaşlığın inkişaf etdirilməsi, enerji və nəqliyyat sahələrində irimiqyaslı regional infrastruktur layihələrin həyata keçirilməsi, mədəniyyətlərarası dialoqda fəal iştirakın təmin edilməsi ilə Azərbaycanın siyasi, iqtisadi və humanitar sahələrdə mövqeyinin gücləndirilməsinə yönələcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib