Xaricidə yaşayan Türkiyə vətəndaşlarının səsvermə bülletenləri Ankaraya gətirilib
Bakı, 11 may, AZƏRTAC
“Turkish Airlines” aviakompaniyasının təyyarəsi xarici ölkələrdə təşkil olunan səsvermədə iştirak edən Türkiyə vətəndaşlarının bülletenlərini Ankaraya gətirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, həmin bülletenlər mayın 14-ü səsvermə bitənə qədər təhlükəsiz yerdə saxlanılacaq.
Fransa, Almaniya, İsveçrə və Avstriyadan gətirilən 532 mindən çox bülleteni Yüksək Seçim Qurumunun (MSK) əməkdaşları, partiya nümayəndələri və diplomatik kuryerlər müşayiət edib. Gün ərzində digər ölkələrdən də bülletenlərin gətiriləcəyi gözlənilir.
MSK-nın məlumatına görə, xaricdə qeydiyyatdan keçən 3,4 milyon seçicinin təxminən 50 faizi - 1,69 milyon nəfərdən çoxu seçkilərə qatılıb.
Mayın 14-də Türkiyə ərazisində prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd - ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İncə, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Parlament seçkilərində 26 partiya iştirak edəcək.
Türkiyə MSK-nın məlumatına görə, seçkilərə ümumilikdə 64 milyon seçici qatıla bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [19:37]
Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb
- 04.10.2026 [16:50]
Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb
- 04.10.2026 [16:49]
Türkiyənin cənubunda üç zəlzələ baş verib
- 04.10.2026 [16:25]
İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək
- 04.10.2026 [16:01]
Hörmüz boğazında gəmi mərmi ilə vurulub
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]