CƏMİYYƏT
Xətai rayonunda keçmiş məhkumdan 5 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 21 yanvar, AZƏRTAC
Xətai rayonunda keçmiş məhkumdan 5 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Adıgözəlov Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin, “VAZ-2108” markalı avtomobilinə baxış zamanı isə 2 kiloqramdan artıq heroin və 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.